Tovuzda məktəblilər “Gələcək naminə siqaretə YOX deyirik!” dedi

Millət vəkili Qənirə Paşayeva kəndlərdə çoxlu sayda gənclərə “Siqaretdən xilas olmanın asan yolu” adlı bütün dünyada məşhur olan kitabı hədiyyə edib

????????????????????????????????????

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) Tovuzun ən böyük kəndlərindən biri  Dönük Qırıqlıda  çoxlu sayda şagirdlərin,  gənclərin iştirakı ilə “Gələcək naminə siqaretə YOX deyirik!” adlı tədbir, görüş keçirib. Millət vəkili Qənirə  Paşayeva hazırda il ərzində 5,4 milyon insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini qeyd edib: “Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və gənclərimizin bu zərərli vərdişə tutulmamasına çalışmalıdır. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirələr”. Şagirdlər və gənclərlə siqaretin dəhşətli zərərli təsirləri, onu atmanın, ondan xilas olmanın heç zaman gec olmaması barədə, sadəcə güclü iradə və bunu necə edə bilməklə bağlı əldə edəcəkləri biliklərlə buna cəhd etmələrinin vacibliyi ilə bağlı danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq. Biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq deyən Qənirə Paşayeva eyni zamanda siqaretdən xilas olmaq istəyənlərə dəstək istiqamətində görülən işlərin artmasının daha da vacib olduğunu bildirib. Rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) bütün dünyada tanınmış mütəxəssis və siqaretdən asan yollarla xilas olma metodlarının müəllifi Alen Karrın Azərbaycan dilinə çevirib, nəfis tərtibatla nəşr etdirdiyi məşhur “Siqaretdən asan xilas olmanın yolu” kitabını millət vəkili gənclərə hədiyyə edib və bu kitab  siqareti tərgitmək istəyən insanlara böyük kömək edə bilər deyib. Kitabda aşırı siqaret çəkən şəxsin zamanla bu yoldan necə azad olması açıq-aşkar şəkildə öz əksini tapıb. İnsanlar da bu kitabı oxuyaraq düşünəcək və bu zərərli vərdişdən necə qurtulmağın yollarını özləri üçün müəyyən edəcəklər. Bu kitabın daha çox siqaret çəkiləcək və ya çəkilə biləcək mühitdə yayılması önəmlidir. Qeyd edək ki, Azərbaycanca yayımla bağlı müəllif hüquqlarını rəsmən almış ictimai birlik, “Siqaretdən asan xilas olmanın yolu” kitabını Azərbaycan kitabxanalarına, mədəniyyət və səhiyyə müəssisələrinə, Gənclər Evlərinə, Gənclər təşkilatlarına hədiyyə edətək daha çox gəncimizin maariflənməsinə dəstək göstərmə layihəsini həyata keçirir. Qənirə Paşayeva tədbirdə “Kim siqaret çəkir?” sualına  hər  kəsin səmimi və dürüst cavab verməsini istəyib. “Gənclər arasında siqaret çəkənlərin sayı bizi sözün həqiqi mənasında ciddi narahat edir və etməlidir” deyən millət vəkili  Qənirə  Paşayeva onları bu zərərli vərdişdən xilas olmaq üçün düşünməyə və addım atmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva şagirdlərlə söhbətində, “Siqareti atmağın asan yolu”  kitabını təkcə siqaretdən istifadə edənlərin deyil, etməyən gənclərin də oxumasını xahiş etdi: “İnanıram ki, onu oxuyan bir gənc insan siqaret çəkməyə başlamaz çünki onun nə qədər böyük bir düşmən olduğunu anlayar. İnşaallah söhbətlər, müzakirələr və çoxlu sayda hədiyyə etdiyimiz Alen Karr kitabları faydalı olar və gənclər arasında insan üçün çox zərərli olan bu vərdişdən xilas olanların sayı artar”deyə bildirib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva tədbirdə iştirak edən gənclərə “Siqaretdən xilas olmanın asan yolu” adlı bütün dünyada məşhur olan kitabı hədiyyə edib.  

 

Advertisements

06.07.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: