Millət vəkili Qənirə Paşayeva Tovuzda kənd sakinləri ilə görüşüb, qayğı və problemlərini dinləyib

Millət vəkili Qənirə Paşayeva Tovuzda kənd sakinləri ilə görüşüb, qayğı və problemlərini dinləyib və onların içməli və suvarma su ilə bağlı problemlərini hökumətə çatdıracağını və həllinə dəstək olunmasını xahiş edəcəyini deyib.

????????????????????????????????????

Tovuzun İbrahimhacılı kəndində kənd sakinləri ilə görüşən millət vəkili bir çox xəstələrin vəziyyəti ilə maraqlanıb və bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardımla bağlı daha çox müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. Sakinlərin təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, kəndə verilən içməli və  əkin suvarması suyu ilə bağlı təhcizatın daha da yaxşılaşdırılması ehtiyacı ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirərlər aparıblar. Millət vəkili vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib.Sakinlər kəndin ən ciddi probleminin özəlliklə yay aylarında içməli və əkin sahələrini suvarma suyu olduğunu bildirərək millət vəkilindən bu problemin həllində dəstək olmasını xahiş ediblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuzda əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur və əkinlərini zamanında suvarıla bilməsi onlar üçün ən əsas məsələdir. Ötən ilin yayının quraqlıq olduğunu və insanların əkin sahələrinin suvarılmasından böyük əziyyət çəkdiyinin şahidi olduğunu deyən millət vəkili Qənirə Paşayeva sakinlərin bu illə bağlı narahatlığını çox yaxşı anladığını deyib. Prezident İlham Əliyev tərəfindən bu ilin Kənd Təsərrüfatı ili elan olunduğunu diqqət çəkən millət vəkili Qənirə Paşayeva dövlətin bu istiqamətdə insanlara dəstəyinin daha da artacağını deyib. Millət vəkili Qənirə Paşayeva onların içməli və suvarma su ilə bağlı problemlərini bildiyini,bu barədə artıq müvafiq qurumlara müraciət etdiyini, amma Bakıya döndüyü zaman təkrar hökumətə çatdıracağını,  “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova və Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri  Əhməd Ədmədzadəyə içməli və əkin sahələrinin suvarılması ilə bağlı problemlərin həllinə dəstək olunmasını xahiş edəcəyini deyib. Millət vəkili bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb. Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalamağa və uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb. Millət vəkili kənddə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb və özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı materialları onlara hədiyyə edib.

Advertisements

04.07.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: