Tovuzda ön cəbhədə Əlibəylidə müəllimlərlə görüş keçirilib

TUSİAB və millət vəkili Q.Paşayeva Ramazan ayı münasibəti ilə Tovuzda ön cəbhədə əllimləri və məktəb kollektivini təbrik edib.

 ????????????????????????????????????

TUSİAB  rəsmiləri qarşıdan gələn  Ramazan Bayramı münasibəti ilə millət vəkili Qənirə Paşayeva ilə birlikdə Ermənistanla ön cəbhə rayonlardan olan Tovuzda, Əlibəyli kəndində  müəllimlərlə görüşüblər. Millət vəkili Qənirə Paşayeva, TUSİAB –ın sədri Yavuz Keleş, baş katibin müavini Selcuq Düzgün, qurumun bir sıra nümayəndələrinin iştirakı ilə Tovuz rayonunun ön cəbhədə yerləşən Əlibəyli  kəndində müəllimlərlə və məktəb kollektivi ilə görüş zamanı  Ramazanın bir yardımlaşma, paylaşma, dəstək  ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıblar. Ramazan Bayramı münasibətilə ön cəbhədə yerləşən Əlibəyli kəndində əllimlər və Əlibəyli kənd məktəbinin bütük kollektivini öz hədiyyələri ilə təbrik edən  TUSİAB-a və onun rəhbərliyinətəşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu cür dəstəklərin, ozəlliklə cəbhə bölgələrinə edilməsinin çox önəmli olduğunu bildirdi. Ön cəbhədə yaşayan ziyalıların,insanlarımızın fədakarlıqlarından,vətən və torpaq sevgisindən danışan millət vəkili Qənirə Paşayeva dövlətimizin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyərək burada yaşayan insanların Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçılıq siyasəti zamanı da bu kəndlərin daim qəhrəmanlıqla düşmənə qarşı mübarizəsini hər yerdə yaşayan gənc nəsillərə daha yaxşı öyrədilməsinin vacibliyini vurğulayıb. Deputat gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq  bildirib ki, gənc müəllimlər belə müəllimlərimizdən örnək  götürməlidir.  Məktəbin direktoru Samir Əmiraslanov çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib. Q.Paşayeva müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparılıb. Müəllimlərlə görüş zamanı Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq  bu  ilin göstəricilərin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Deputat məktəbdə şagirdlərlə də görüşüb və onlarla söhbət  edib.Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənmılidirlər.Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretı, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir. Ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür. Q.Paşayeva bütün müəllimlərə və yaxşı oxuyan şagirdlərə  müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda  kitablar  və məktəbə özünün hədiyyələrini də təqdim edib. TUSİABa bu cür məsələlərdə həssasiyyət göstərməsinə görə təşəkkür edən millət vəkili Qənirə Paşayeva onları da qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib. Bir milli liderimiz Heydər Əliyevin dediyi kimi bir millət iki dövlətin mənsublarıyıq deyən TUSİAB sədri Yavuz Keleş ön cəbhədə Əlibəylidə fəaliyyət göstərən bütün müəllimləri və məktəb kollektivini təbrik edib və onlara ən gözəl arzularına çatmasını diləyib və onlarla görüşməkdən böyük məmuniyyət duyduğunu deyib. Azərbaycan-Türkiyə qardaşlığı barədə danışan Yavuz Keleş onlara TUSİAB adından qarşıdan gələn bayramla bağlı hədiyyələri də təqdim edib.  Millət vəkili Qənirə Paşayeva və TUSİAB rəsmiləri kənddə bir sıra maddi imkanları zəif ailələrlə də görüşüblər və onların da qarşıdan gələn bayramlarını təbrik ediblər. 

 

Advertisements

03.07.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: