Millət vəkili Qənirə Paşayeva istedadlı əlillər ilə görüşüb, onların sərgisi ilə tanış olub, qayğıları ilə maraqlanıb

Millət vəkili Qənirə Paşayeva  istedadlı əlillər ilə görüşüb, onların sərgisi ilə tanış olub, qayğıları ilə maraqlanıb

????????????????????????????????????

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyəti olan istedadlı insanların cəmiyyətə inteqrasiyasına dəstək” adlı layihəsini uğurla davam etdirir. Layihə çərçivəsində fiziki imkanları məhdud şəxslər, əlillərin əl işləri, rəsm sənətlərinin nümayiş olunduğu sərgi təşkil edilib. Millət vəkili Qənirə Paşayeva  “İstedadlı Əlillər” İB-i tərəfindən fiziki imkanları məhdud şəxslər, əlillər üçün təşkil olunmuş tədbirdə ilk öncə istedadlı əlillərin əl işləri,rəsm sənətlərinin nümayiş olunduğu sərgini gəzib və onların hər biri ilə ayrıca görüşüb, söhbət edib, gözəl uğurları münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb və istedadlı gənc əlillərin satışa çıxarılan işlərdən bəzilərini alıb.  Layihə haqqında ətraflı məlumat verən “İstedadlı Əlillər” İB-nin sədrləri Cavad və Qubad Qasımovlar layihənin fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası ilə bağlı problemlərə həsr olunduğunu bildiriblər. Qeyd olunub ki, layihə çərçivəsində fiziki məhdudiyyəti olan şəxslərin yaradıcılıq imkanları, bilik və bacarıqlarının müəyyənləşdirilib inkişaf etdirilməsi və üzə çıxarılması işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, layihə iştirakçılarında sosial aktivliyin yaradılması, onların sosial aktiv vətəndaş kontingentinə adaptasiyası missiyası da görüləcək işlər siyahısında yer alıb.

“İstedadlı Əlillər” İB-i tədbirin əhəmiyyəti və təşkilatın fəaliyyəti ilə bağlı çıxışından sonra millət vəkili Qənirə Paşayeva bütün əlillərimizi qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib və ölkəmizdə başa çatmış çox önəmli 1 Avropa oyunlarında paraolimpiyaçılarımızı qazandıqları qələbə münasibəti ilə bütün xalqımızı təbrik etdiyini deyib. Millət vəkili  Qənirə Paşayeva  əlillərin cəmiyyətimizin bərabərhüquqlu üzvü olduqlarını, onların problemlərinin və onları narahat edən məsələlərin cənb Prezident tərəfindən daim diqqətdə saxlanıldığını,dövlətimizin daima əlillərə yüksək səviyyədə qayğı və diqqət göstərdiyini deyib və  bir millət vəkili olaraq bundan sonra da fəaliyyətində əlilləri narahat edən məsələlərə daim diqqət və önəm verəcəyini və sözün həqiqi mənasında onların ən yaxın dostlarından biri olmağa bundan sonra daha da çox çalışacağını, ona verilmiş “əlillərin dostu” mükafatına layiq olmağa çalışacağını deyib. Millət vəkili Qənirə Paşayeva tədbirdə iştirak edən bütün əlillərə özününmüəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib və onların fikir və qayğıları ilə maraqlanıb.

Advertisements

01.07.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: