Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistan etnik təmizləmə siyasəti, Xocalı Soyrımı barədə çıxış edərək AŞPA-ya Avropanın gözləri önündə 100 minlərlə azərbaycanlının haqlarını tapdalayaraq mono-etnik dövlət qururlar buna sərt münasibət göstərməlisiniz deyib

Millət vəkili Qənirə Paşayeva çıxışına AŞPA-da İslam dini əlehinə sərt çıxış edən Hollandiyalı deputat F.Klashorsta sərt cavab verməklə başlayıb:”İslam dini ilə bağlı fikirləriniz doğru deyil, İslam sülh dinidir. Sizin fikirlərinizə sərt etiraz edirik”.

_MG_0311Çıxışında rasizmin, dözümsüzlüyün hər zaman faciəli sonluqla nəticələndiyini deyən millət vəkili Qənirə Paşayeva AŞPA-ya səslənərək bəzi məsələlərə ciddi diqqət yetirməyə çağırıb.O deyib:” Müzakirə etdiyimiz bu  mövzu Avropanın və ümumiyyətlə dünyanın bu günü və gələcəyi üçün çox vacibdir. Rasizmin, neo-rasizmin,nifrət duyğularının,dözümsüzlüyün artması bizi ciddi narahat etməli və onun qarşısının alınması istiqamətində üzv ölkələr və assambleya daha çox işlər görməlidir. Məruzəçinin də vurğuladığı kimi biz bu kimi hallara biganə qalmamalıyıq və onun qarşısını almaq üçün ümumi səylərimizi gücləndirməliyik. Bu kimi narahatlıq doğuran halların artmasının qarşısını almaq üçün üzv ölkələrdə gənc nəsillərə kiçik yaşlarından etibarən fərqli etnik, dini, sosial qruplara qarşı dözümlülük, hörmət və anlaşmanın öyrədilməsi vacibdir. Təhsil, mətbuat və medianın bu məsələdə rolu böyükdür. Rasizm, nifrətin, dözümsüzlüyün artmasının qarşısını ala bilməsək bu, yaxın gələcəkdə böyük faciələrə səbəb ola bilər. Biz hamımız bunun məsuliyyətini bu gündən dərk etməliyik və 20-ci əsrdə yaşanan faciələri unutmamalıyiq. Mən özüm bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyam.  Rasizm, nifrət duyğuları və dözümsüzlüyün nələrə səbəb olduğunu dostlarımızın daha yaxşı anlaya bilməsi üçün qeyd etmək istərdim məhz Ermənistanda təhsil və kütləvi informasiya vasitələri ilə siyasətçilərin gənc nəsildə azərbaycanlılara qarşı yaratdıqları dözümsüzlük və nifrətin nəticəsi idi ki, 1988-ci ildə Ermənistandan 100 minlərlə azərbaycanlı silah gücünə, zorla öz doğma torpaqlarından çıxarılmışdır  və Ermənistan monoetnik bir dövlətə çevrilmişdir. Bir milyondan çox azərbaycanlı isə öz evindən qovulub və 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşayır. Bundan sonra isə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirmiş, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişdir.  İşğal olunmuş ərazilərdə 4000 azərbaycanlı itkin düşmüşdür. Bir milyondan çox azərbaycanlı isə öz evindən qovulub və 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşayır. Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus mədəni, tarixi,dini abidələri, qəbirstanlıqları məhv edirlər. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə, eləcə də AŞPA-nın məlum 1416 saylı qətnaməsinə baxmayaraq, Ermənistan onların öz evlərinə dönməsinə imkan vermir. Məncə, bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər. Mən bu cür hallardan əziyyət çəkən bir ölkənin təmsilçisi kimi məruzədə əksini tapan bütün məsələləri dəstəkləyir, üzv ölkələri bu məsələlərə həssaslığı daha da artırmağa çağırıram. Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə olmaqla yanaşı, həm də təhsil, kütləvi informasiya vasitələri və digər yollarla tolerantlığın daha da artması istiqamətində ciddi işlər görülür. Çünki biz hesab edirik ki, rasizmin və dini dözümsüzlüyün artdığı cəmiyyətlər mütləq ciddi problemlər və faciələrlə üzləşəcəklər. Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla rastlaşmayıblar. Fəxrlə söyləyə bilərəm ki, neonasizmə,dözümsüzlüyə, ksenofoiyaya əks qüvvə olan tolerantlıq və multikulturalizm əsrlərlə Azərbaycanda mövcud olub. Azərbaycan Prezidentinin fərmanı ilə ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm mərkəzi təsis edilib. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. O səbədən də  Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq mənfi meyillərin qarşısının alınması istiqamətində ümumi səylərimizi gücləndirməliyik. Ümid edirik ki, hazırlanan məruzənin nəticələri və bu məsələ ilə bağlı qətnamə neonasizm vəksenofobiyanın Avropada və dünyada yayılmasının qarşısını almaqda praktiki nəticələri olacaq”.

Advertisements

27.06.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: