Kitabevim.az-da  Qənirə Paşayevanın kitablarının satışından əldə edilən gəlir imkansız ailənin xəstə körpəsinə bağışlandı

Kitabevim.az-da  xeyriyyə məqsədilə Qənirə Paşayevanın kitablarının imza günü keçirilib.

????????????????????????????????????

Millət vəkili oxucularla geniş söhbət edib. Kitab həvəskarlarının   ən çox toplandığı məkanlardan biri olan  Kitabevim.az-da millət vəkili Qənirə Paşayevanın   oxucularla  görüşü və imza günü keçirilib.Ziyalılar, media nümayəndələri başda olmaqla, daha çox gənc kitab həvəskarlarının iştirak etdiyi görüş maraqlı söhbət və fikir mübadiləsi ilə yadda qalıb. “Hədəf  Nəşrləri “ MMC-nin rəhbəri, yazıçı, filologiya üzrə fəlsəfə doktoru  Şəmil Sadiq Kitabevim.az marketin yarandığı gündən oxucuların, kitabsevərlərin, eləcə də yazıçıların üzünə açıq olduğunu, bir çox tanınmış və gənc yazıçılarla  görüşlərin artıq ənənə halını aldığını vurğulayıb. Qənirə Paşayevanın ictimai-siyasi fəaliyyəti ilə yanaşı, həm də yazar, jurnalist olaraq, fəaliyyətindən söhbət açan Şəmil Sadiq onun qələmindən çıxan bir sıra kitabların oxucular tərəfindən maraqla qarşılandığını vurğulayıb. Kitabsevərlərlə bir arada olmaqdan məmnun olduğunu dilə gətirən  Qənirə Paşayeva  müsəlman dünyasının müqəddəs bir ayında – on bir ayın sultanı Ramazan ayında oxucularla, xüsusilə də gənc kitab həvəskarları ilə görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual ,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında  mütaliə xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan da bu cür görüşlərin keçirilməsi cəmiyyətdə kitaba və mütaliəyə olan marağın artırılmasında mühüm rol oynayır. O bildirib ki, kitablar yazıçının beyin məhsulu olmaqla yanaşı, onun satışından əldə edilən gəlir də halal zəhmət hesab edilir. Bu dəfə bu halal zəhmətdən əldə edilən gəlir imkansız bir ailənin sosial durumunun həllinə yönəldiləcək. Belə ki Qənirə Paşayevanın kitablarının satışından əldə edilən gəlir imkansız ailənin xəstə körpəsinə bağışlandı.  Oxucularla yaradıcılığı və kitablarla bağlı müzakirə aparan  Qənirə Paşayeva  həmçinin  onları maraqlandıran sualları da cavablandırıb.  Sonra Qənirə Paşayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, öz imzası ilə kitablarını oxuculara təqdim edib 

 

 

Advertisements

20.06.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: