Millət vəkili Qənirə Paşayeva Əl Cəzirə kanalına Azərbaycanda qadınların cəmiyyətdə rolu barədə geniş müsahibə verib

Millət vəkili Qənirə Paşayeva Əl Cəzirə kanalına Azərbaycanda qadınların cəmiyyətdə rolu barədə geniş müsahibə verib. ???????????????????????????????????? I Avropa Oyunları ilə bağlı proqramlar hazırlamaq üçün ölkəmizdə səfərdə olan dünyaca məhşur Əl Cəzirə kanalının çəkiliş qrupu millət vəkili Qənirə Paşayeva ilə görüşüblər. Görüş zamanı millət vəkili Qənirə Paşayeva ölkəmizlə yanaşı, Azərbaycanda keçirilən tarixi bir hadisə I Avropa Oyunları barədə də danışıb və onun əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Açılış mərasiminin yüksək səviyyədə keçdiyini deyən çəkiliş qrupu Azərbaycanın çoxlu sayda medallar qazanmasını da xüsusi qeyd ediblər. Millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə daxil olmaqla bütün sahələrdə, o cümlədən qadınların cəmiyyətdə rolunun daha da genişləndirilməsi istiqamətində də məlumat verib və bu istiqamətdə qanunverici orqanda və ölkədə görülən işlərlə bağlı sualları cavablandırıb. Hər seçkidə həm Milli Məclisə, həm də bələdiyyələrə seçilən qadınların sayının artdığını deyən millət vəkili Qənirə Paşayeva qadınların cəmiyyətdə rolunun artması, təhsili, məişət zorakılığı ilə mübarizənin dövlət siyasətində önəmli yer tutduğunu deyən millət vəkili Qənirə Paşayeva bu istiqamətdə Azərbaycan Prezidentinin və Birinci Xanımının səylərinin çox yüksək olduğunu da vurğulayıb. Dünyanın bir çox bölgələrini narahat edən cinsi seleksiya mövzusu ilə bağlı suallara cavabında millət vəkili Qənirə Paşayeva bu məsələ ilə bağlı qanunvericilikdə tədbirlərin öz əksini tapması ilə bərabər insanların maarifləndirilməsinə də böyük önəm verildiyini bildirib və dünyanın hər bu qorxulu tendensiyaya qarşı sərt mübarizə aparılmasının vacibliyini bildirib. Əl Cəzirə kanalı təmsilçilərinə ingilis dilində Qarabağ hıqiqətləri, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı sənədli filmlər və materialları təqdim edən millət vəkili Qənirə Paşayeva həqiqətlərin dünyaya yayılmasında KİV-lərin üzərinə böyük bir məsuliyyət düşdüyünü deyərək bu mövzularda da geniş məlumatlar verib. Çəkiliş qrupunu evində də qonaq edən millət vəkili Qənirə Paşayev onlara Azərbaycan adət-ənənələri barədə də danışıb və Azərbaycan mədəniyyəti, musiqisi ilə bağlı materialları da hədiyyə edib. Azərbaycanda olmaqdan və onu daha da yaxından tanımaqdan məmun olduqlarını deyən kanal təmsilçiləri məlumatlar,matraillar və filmlər üçün təşəkkürlərini bildiriblər.

Advertisements

16.06.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: