Millət vəkili Qənirə Paşayeva ŞKTC Basın Birliyini Qarabağ həqiqətlərinin daha geniş yayılmasında səyləri artırmağa çağırıb

Millət vəkili Qənirə Paşayeva ŞKTC Basın Birliyini Qarabağ həqiqətlərinin daha geniş yayılmasında səyləri artırmağa çağırıb

????????????????????????????????????

Millət vəkili Qənirə Paşayeva Şimal Kipr Türk Cümhuriyyətinin Azərbaycanda səfərdə olan Basın Birliyi Yönetim Kurulu rəsmisi  Züleyha Karamanla görüşdə ŞKTC-nin uğurlarına dost, qardaş Azərbaycanın hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü deyib və Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildirib.  Dəfələrlə Şimali Kipr Türk Cümhuriyyətinə səfər etdiyini, oradakı insanımız, onun tarixi, bu günü, yaşadığı ağır faciələr, ədalətli mücadiləsi ilə bağlı məqalələr, kitablar yazdığını vurğulayan millət vəkili Qənirə Paşayeva əlaqələrin və əməkdaşlığın artmasının sevindirici bir hadisə olduğunu bildirib və ikitərəfli  münasibətlərin daha da inkişaf edəcəyinə inandığını bildirib. ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il surətlə artmasının müsbət hadisə olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Xocalı Soyqırımı barədə  ətraflı məlumat verib və ona Azərbaycan həqiqətlərinə dair bir sıra kitablar, həmmüəllifi olduğu və yaxın günlərdə Türkiyədə nəşr olunmuş “Karabağ hikayeleri” adlı kitabnı hədiyyə edib.O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi vandalizm aktlarını, qondarma erməni soyqırımı yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Millət vəkili Azərbaycan həqiqətlərinin ŞKTC ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində Basın Birliyi Yönetim Kurulunin  öz səylərini daha da artıracağına inandığını da deyib. Şimal Kipr Türk Cümhuriyyətinin Basın Birliyi Yönetim Kurulu rəsmisi  Züleyha Karaman qardaş, dost Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiklərini və Azərbaycan, Qarabağ həqiqətlərinin daha da geniş yayılması istiqamətində səyləri daha da gücləndirəcəklərini deyib. Azərbaycanı qardaş ölkə adlandıran Basın Birliyi Yönetim Kurulu rəsmisi Züleyha Karaman Azərbaycanı sevdiklərini və Azərbaycana səfər etməkdən böyük məmnunluq duyduqlarını deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanda bir neçə gün sonra başlayacaq tarixi bir hadisə ilk Avropa Olimpiya Oyunları ilə də bağlı fikirlərini bildirib və ŞKTC-dən qardaş və dostlarımızı da dəvət edirik deyib. Həm gözəl yarışmanı izləsinlər həm də Azərbaycanı daha yaxından tanısınlar deyib. Görüşün sonunda Basın Birliyi Yönetim Kurulu rəsmisi  Züleyha Karaman  millət vəkili Qənirə Paşayevanın hər zaman ŞKTC Türklərinə,onların haqları ilə bağlı,onlarla əmkdaşlığın genişlnməsinə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyərək ona Basın Birliyi Yönetimi adından təşəkkür plaketi təqdim edib.

 

Advertisements

10.06.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: