Millət vəkili Qənirə Paşayeva Türk Dünyasından gəlmiş millət vəkili, KİV rəhbərləri, şair və yazarlara 1-ci Avropa Oyunlarının Azərbaycan üçün önəmindən danışıb

Millət vəkili Qənirə Paşayeva Türk Dünyasından gəlmiş millət vəkili, KİV rəhbərləri, şair və yazarlara 1-ci Avropa Oyunlarının Azərbaycan üçün önəmindən danışıb və Türk xalqlarını bu tarixi hadisəni izləməyə dəvət edib.

????????????????????????????????????

Türk dövlət və toplumlarından Türkiyə, Özbəkistan, Qırğızıstan, Makedoniya, Şimali Kipr Türk Respublikası, Tatarıstandan (Rusiya) gəlmiş, Qaraqalpaq türklərinin təmsilçiləri olan  millət vəkili, KİV rəhbərləri, yazar, şair, araşdırmaçılar görüşdə millət vəkili,Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri  Qənirə Paşayeva onlara ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin  daha yaxşı bilməsinə çalışmalıyıq deyib.  Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Prezidenti ya­nında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirdiyi “ŞEİRİ-SƏNƏTİ, GEYİMİ, MƏTBƏXİ VƏ TARİXİ İLƏ CAN AZƏRBAYCAN” adlı layihə çərçivəsində onların Azərbaycana səfərini, görüş və müzakirələrin çox vacib və əhəmiyyətli olduğunu deyib. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva çıxışında Türk dünyasının ən böyük problemi olan Qarabağ problemindən, Xocalı Soyqırımından danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. “Qarabağ probleminin həlli, qondarma erməni soyqırımı iddialarına qarşı  sərt mübarizə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük  dəstək olmalıyıq. Bu məsələdə millət vəkilləri ilə bərabər KİV rəhbərlərinin, yazarların, şairlərin, sənətçilərin, araşdırmaçıların, aydınların, jurnalsitlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onlara fəaliyyətlərində və  yaradıcılıqlarında Azərbaycana, Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna, öz evinə dönə bilməyən qaçqın və məcburi köçkün qardaş-bacılarımız mövzusuna daha geniş yer verməyə çağırıb. Çıxışının sonunda isə inşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik deyib. Millət vəkili Qənirə Paşayeva onlara  Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, həmmüəllifi olduğu,  Qarabağ həqiqətlərini özündə geniş əks etdirən və yaxın günlərdə Türkiyədə çapdan çıxmış “Karabağ hikayeleri” kitabını təqdim edib.Millət vəkili,Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri  Qənirə Paşayeva Azərbaycanda bir neçə gün sonra başlayacaq tarixi bir hadisə ilk Avropa Olimpiya Oyunları ilə də bağlı fikirlərini bildirib və Türk dövlət və toplumlarından qardaş və dostlarımızı da bu tarixi hadisəni izləməyə dəvət edirik  deyib. Həm gözəl yarışmanı izləsinlər, həm də Azərbaycanı daha yaxından tanısınlar deyib və onların öz vətənlərinə döndüyü zaman bununla bağlı da məlumatları geniş şəkildə yayacaqlarına inandığını deyib . Millət vəkili Qənirə Paşayeva 1-ci Avropa Oyunları, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın türk dövlət və toplumları ilə əməkdaşlıq istiqamətləri, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin bu istiqamətdə fəaliyyəti ilə bağlı sualları da cavablandırıb və geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda bir sıra Türk dövlət və torlumların təmsilçiləri millət vəkili Qənirə Paşayevanın hər zaman Türk dünyası, Türk xalqları ilə bağlı duyarlılığını,onların hakları ilə bağlı,onlarla əmkdaşlığın genişlnməsinə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyərək ona təşəkkür  plaketləri və öz dövlət və toplumları,həyata keçirdiyi işlərlə bağlı materialları təqdim ediblər və əməkdaşlığın gələcəyə daha da genişləndirilməsi yolları ilə bağlı geniş fikir mübadiləsi olub. Azərbaycanı çox sevdiklərini deyən Türk Dünyasından gəlmiş millət vəkili, KİV rəhbərləri, şair və yazarlar Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər.  Bu istiqamətdə konkret düşüncələr ətrafında müzakirələr aparılıb.Görüşün sonunda Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İb-nin və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) adından hər zaman ölkə və toplumlarında Azərbaycanın daha geniş tanıdılmasına verdiyi dəstəyə görə bir sıra Türk Dünyasından gəlmiş millət vəkili, KİV rəhbərləri, şair və yazarlara təşəkkür plaketləri təqdim edilib.

 

Advertisements

09.06.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: