İllərdir su problemindən ağır əziyyət çəkən Düz Cırdaxana içməli su xətti çəkildi və açılış mərasimi oldu  

Tovuz rayonunun içməli sudan böyük əziyyət çəkən Düz Cırdaxan kəndinə içməli suyun verilməsi, açılış mərasimi olub

????????????????????????????????????

Tədbirdə çıxış edən Tovuz  rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov son illər rayonda həyata keçirilən sosial və  infrastruktur layihələri barədə məlumat vermiş, içməli su və kanalizasiya layihələrinin əhəmiyyətindən danışmışdır. Tovuz rayonundan millət vəkili seçilmiş Qənirə Paşayeva layihənin başa çatması və kəndə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik edərək, “Azərsu” ASC tərəfindən layihənin icrasının qısa müddətdə başa çatdırılmasını yüksək qiymətləndirib: “ Bu bölgədəki seçicilərimin  ən ağır problemlərindən Düz Cırdaxan kəndinin içməli su probleminin həlli ilə bağlı müraciətimizə “Azərsu” rəhbərliyi müsbət cavab verdi və qısa zamanda lazımi materiallar göndərilərək işlərə başlandı və yerli sakinlərin içməli su problemi birdəfəlik həll olundu”. O, Düz Cırdaxan kəndinin içməli su probleminin həllini böyük hadisə adlandırmış, göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirmişdir ki, regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən  qurulur və bu sahədə işlər şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir: “Möhtərəm Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC-nin sifarişi əsasında hazırda 29 şəhər və rayon mərkəzində su-kanalizasiya layihələri icra olunur. Bu layihələr çərçivəsində rayon mərkəzlərinə yaxın, həmçinin magistral kəmərlərin marşrutu boyunca yerləşən kəndlərin də içməli su təchizatı yaxşılaşdırılır. İçməli su çatışmazlığı müşahidə olunan bəzi kəndlərdə isə təxirəsalınmaz layihələr icra edilir. Tovuz rayonunun Düz Cırdaxan kəndi üçün ötən il layihə işlənib hazırlanmış və qısa müddətdə tikinti-quraşdırma işləri başa çatdırılıb”. Tədbirdə çıxış edən kənd sakinləri Düz Cırdaxan kəndinin içməli su probleminin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, 2014-cü ilin yayında icrasına başlanmış layihəyə əsasən, su mənbəyi Tovuzçay seçilmiş və çay yatağında 95 metr uzunluğunda suqəbuledici qurğu (drenaj qurğusu) yaradılıb. Su mənbəyindən kəndə çəkilmiş  18,5 km mövcud  magistral su  xəttinin 3,5 km-lik hissəsi əsaslı şəkildə bərpa edilmiş, kənd ərazisində dik dayaq və bulaq kompleksi  quraşdırılıb.  Layihənin icrası Düz Cırdaxan kəndinin 2816 sakinin içməli su təchizatını yaxşılaşdırıb.“Azərsu”  ASC hazırda Tovuz və Qovlar şəhərləri ilə yanaşı, rayonun 13 kənd yaşayış məntəqəsinə xidmət göstərir.

Advertisements

06.06.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: