Millət vəkili Qənirə Paşayeva Tovuzda idman,intelektual, gənc xilasediciliər və yanğınsöndürənlər yarışlarının qalibləri ilə görüşüb

????????????????????????????????????

Millət vəkili Qənirə Paşayeva Tovuzda idman, gənc xilasediciliər və yanğınsöndürənlər yarışlarının qalibləri ilə görüşüb və bu cür gənclərimizin sayı daha da artmalıdır deyib

Millət vəkilinə məlumat verilib ki, 2015-ci ilin birinci rübündə “Turan” intellektual oyunlar klubunun fəaliyyəti bir qədər də genişlənmişdir. Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin təşkilatçılığı ilə Samux rayonunda keçirilən görkəmli oftolmoloq-alim Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş intellektual oyunlar yarəşmasında rayon təmsilçimiz “Turan” intellektual oyunlar klubu I yeri tutmuşdur. Eyni zamanda N.Tusi adına şəhər tam orta məktəbi və Azaflı kənd tam orta məktəbi oyunun qalibi olmuş, A.Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta məktəbin komandası isə “Kəpəz TV”nin təşkil etdiyi Qərb regionu üzrə yarışın finalçısı olmuşdur. M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbinin komandası “Zəka” intellektual bilik yarışmasında I yerə çıxaraq zona qalibi olmuşdur. Xüsusi qeyd olunubdur ki, 26 may 2015-ci il tarixdə A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbinin komandası Azərbaycan Respublikası Təhsil, Fövqəladə Hallar, Gənclər və İdman Nazirliklərinin birgə razılaşmasına əsasən Fövqəladə Hallar  Nazirliyinin 10 illik yubileyi ilə bağlı “Gənc xilasedici və yanğınsöndürən” Respublika yarışının zona mərhələsinin qalibi olaraq respublika mərhələsinə vəsiqə qazanmışdır.Bununla yanaşı rayon Uşaq Gənclər İdman Məktəbinin komandası Respublika ümumtəhsil, ilk peşı – ixtisas təhsil müəssisələri şagirdlərinin VIII Spartakiadası proqramına daxil olan futbol üzrə yarışların zona mərhələsində I yerə layiq görülmüşdür. Həmin idman tədbirində UGİM-in Basketbol komandası oğlanlar arasında II yerə çıxmışdır. UGİM-nin yetirməsi Alıyev Babək Əziz oğlu Bakı şəhərində keçirilən “Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmələr arasında sərbəst güləş üzrə Respublika birinciliyində 66 kq çəki üzrə I yeri tutmuşdur. Rayon Şahmat Məktəbinin oğlanlar komandası Qazax rayonunda keçirilmiş Məktəblilərin Respublika Spartakiadasının zona mərhələsində I yerə, qızlar komandası III yerə layiq görülmüşlər. Məktəbin şagirdi Həsənov Muraz Mədət oğlu Ağcabədi rayonunda keçirilmiş Xocalı Şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika Şahmat turnirində I yerə çıxmışdır.

Millət vəkili qələbə qazanmış və gözəl uğurlara imza atmış gəncləri uğurları münasibəti ilə təbrik edib və  bildirib ki, bu cür böyük yarışlar onların  inkişafına öz müsbət təsirini göstərir, şagirdlər arasında elmə, biliyə meylin artmasına, gənclər arasında tariximizin, ədəbiyyatımızın, dəqiq elmlərin daha geniş öyrənilməsinə,daha intelektual və daha sağlam yetişmələrinə, peşəkarlıqlarının artmasına, gələcəkdə beynəlxaql aləmdə ölkəmizi yüksək səviyəddə təmsil etməyə  təkan verir. İdman,intelektual, gənc xilasediciliər və yanğınsöndürənlər yarışları və digər yarışlar  müəllimlərin məsuliyyətini daha da artırmaqla yanaşı şagirdlər arasında bu yarışmalarda iştirak etmək və qalib gəlmək üçün böyük həvəs və sağlam rəqabəti də artırır. Gənclərlə  söhbət zamanı millət vəkili birdirib ki, hansı peşənin sahibi olmaq istəyindən asılı olmayaraq hər bir gəncimiz  öz ana dilini, ədəbiyyatını və tarixini də dərindən öyrənməlidir. Qənirə Paşayeva orta məktəbdə yaxşı oxuyan şagirdlərin təhsili, problemlərlə də maraqlanıb və onlarla geniş fikir mübadiləsi aparıb. Gənclərlə bir-bir görüşən millət vəkili onlara müəyyən tövsiyyələrini də verib. Dərslərlə bərabər xarici dillərin yüksək səviyyədə öyrənilməsinin vacibliyini vurğulayan millət vəkili görüşün sonunda bütün olimpiada iştirakçılarına özünün müəllifi olduğu imzalı kitabları və hədiyyələr təqdim edərək gənclərə uğurlar arzulamaqla bərabər bütün gənclərə özlərinə inanmağı, daha çox çalışmağı və uğurlar diləyib.      

Advertisements

03.06.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: