Millət vəkili Qənirə Paşayeva Tovuzda Olimpiada qalibləri ilə görüşüb və siz ən yaxşı vətənpərvərlərdənsiniz deyib

Millət vəkili Qənirə Paşayeva Tovuzda Fənn Olimpiadasının qalibləri ilə görüşüb
????????????????????????????????????

Millət vəkilinə məlumat vrilib ki, respublika Fənn Olimpiadasının zona yarışlarında müxtəlif fənnlər üzrə rayonu təmsil edən 41 şagirddən 6 nəfəri 1-ci yeri tutaraq olimpiadanın yekun turunda(respublika mərhələsində) iştirak etmək hüququ qazanıb. Onlardan 2 nəfəri respublika mərhələsində 2-ci yeri, 2 nəfəri isə 3-cü yeri tutublar. Eyni zamanda zona turunda 6 nəfər 2-ci, 6 nəfər isə 3-cü yeri tutublar. Fənn Olimpiadasının nəticəsinə görə Tovuz rayonu olimpiada iştirakçısı olan 65 rayon arasında 10-cu yerə çıxıb. Ümumimilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı inşa yazı müsabiqəsində İbrahimova Aynişan Asif qızı 1-ci yerə  layiq görülüb. 2015-ci ildə respublikada fəaliyyət göstərən liseylərə qəbul məqsədi ilə keçirilən imtahanlarda Y.Sadıqov adına Bozalqanlı kənd orta məktəbinin şagirdi Paşazadə Mehran imtahanda göstərdiyi nəticəyə görə ölkə üzrə 1-ci yerə çıxmışdır. Ümumi göstəricilərinə görə rayonun 7 məktəbi son iki ildə respublikanın ən yaxşı məktəbləri sırasına daxil olub. Millət vəkili beynəlxalq olimpiadalarda iştirak etmək haqqı qazanmış gənclər də daxil olmaqla bütün gəncləri uğurları münasibəti ilə təbrik edib və  bildirib ki, bu cür olimpiadalar təhsilin inkişafına öz müsbət təsirini göstərir, şagirdlər arasında elmə, biliyə meylin artmasına, gənclər arasında tariximizin, ədəbiyyatımızın, dəqiq elmlərin daha geniş öyrənilməsinə təkan verir. Respublka və beynəlxalq olimpiadalar müəllimlərin məsuliyyətini daha da artırmaqla yanaşı şagirdlər arasında bu yarışmalarda iştirak etmək və qalib gəlmək üçün böyük həvəs və sağlam rəqabəti də artırır. Olimpiada itirakçıları ilə söhbət zamanı millət vəkili birdirib ki, hansı peşənin sahibi olmaq istəyindən asılı olmayaraq hər bir gəncimiz  öz ana dilini, ədəbiyyatını və tarixini də dərindən öyrənməlidir. Qənirə Paşayeva orta məktəbdə yaxşı oxuyan şagirdlərin təhsili, problemlərlə də maraqlanıb və onlarla geniş fikir mübadiləsi aparıb. Gənclərlə bir-bir görüşən millət vəkili onlara müəyyən tövsiyyələrini də verib. Dərslərlə bərabər xarici dillərin yüksək səviyyədə öyrənilməsinin vacibliyini vurğulayan millət vəkili ən yüksək nəticələrlə oxuyan gənclərin gələcəkdə xarici ölkələrdə təhsil ala bilmə imkanları ətrafında da fikir mübadiləsi aparıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva bütün olimpiada iştirakçılarına özünün müəllifi olduğu imzalı kitabları və hədiyyələr təqdim edərək gənclərə uğurlar arzulamaqla bərabər bütün gənclərə özlərinə inanmağı, daha çox çalışmağı və uğurlar diləyib.                                             

Advertisements

02.06.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: