Millət vəkili Qənirə Paşayeva Qovlarda müəllimlərlə görüşüb və uşaqların zərərli vərdişlərə tutulmaması məsələsinə məktəblərdən başlayaraq diqqətimizi daha da artırmalıyıq deyib

Milli Məclisin deputatı Qənirə Paşayeva seçildiyi Tovuz rayonunun Qovlar şəhəri M.Məmmədov adına orta məktəbin müəllimlərinə hökumətə müraciət edəcəyinə söz verib.

????????????????????????????????????

Q.Paşayeva 1 İyun Uşaq Günü ilə bağlı Qovlar şəhərində M.Məmmədov adına  orta məktəbini ziyarət edərək, yay tətilinə ayrılan müəllim və şagirdlərlə görüşüb, onların  qayğı və problemləri ilə  maraqlanıb. Deputat gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq  bildirib ki, gənc müəllimlər belə müəllimlərimizdən örnək  götürməlidir. Məktəbin direktoru Fatma Allahverdiyeva  və bir sıra müəllimlər çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib və fikirlərini söyləyiblər. Q. Paşayeva müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparılıb. M.Məmmədov adına məktəbin hər zaman özünün müsbət göstəriciləri ilə fərqlənən  və çoxlu sayda ziyalı yetişdirmiş məktəblərdən biri olduğunu deyən millət vəkili Qənirə Paşayevaya müəllimlər Qovlar şəhəri M.Məmmədov adına orta məktəbin  yeni məktəb binasına və ya əsaslı təmirə böyük ehtiyacı olduğunu, Q. Paşayevanın bununla  bağlı  hökumətə və müvafiq orqanlara müraciətlərindən  xəbərdar olduqlarını deyərək ona təşəkkürünü bildirməklə yanaşı bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər. Qovlar şəhərində M.Məmmədov adına orta məktəbi ilə bağlı  hökumətə  və  Təhsil  Nazirliyinə  müraciət etdiyini və yaxın zamanlarda problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı  təkrarən  Təhsil  naziri  Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi müraciət  edəcəyini də vurğulayıb. Müəllimlərlə görüş zamanı Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq  bu  ilin göstəricilərin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Deputat məktəbdə şagirdlərlə də görüşüb vəonlarla söhbət  edib.Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənmılidirlər. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretı, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir. Ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür. Məktəb  təhsil verməklə bərabər vətəndaş da yetişdirir və müəllimlərimizdən xahiş edirik ki, gənclər arasında zərərli vərdişlərlə bağlı mütamədi söhbətlıər aparsınlar, gənclər arasında bu zərərli vərdişlərə tutulanları gördükdə zamanında gec olmadan onlara dəstək olmağa daha da çox çalışsınlar. Müəllimlər toplumun ziyalılarıdır və bu gün sizin bu məsələlərdə də böyük dəstəyinizə ehtiyac var. Eyni zamanda gənclərin onların üçün lazımsız, mənasız sadəcə zamanlarını əllərindən alan verlişlərdən uzaq durmaları və zamanlarını oxumağa, öyrənməyə, boş zamanlarını isə kitablar oxumağa ayərmalarının vacibliyi ilə bağlı müəlimlərimizin daiim gənclərlə söhbətlərinə böyük ehtiyac var deyən millət vəkili Qənirə Paşayeva mən inanıram ki, bu məsələlərdə əziz müəllimlərin səyləri daha da artacaq deyib. Görüşün sonunda Q.Paşayeva bütün müəllimlərə və yaxşı oxuyan şagirdlərə  müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda  kitablar  və məktəbə özünün hədiyyələrini də təqdim edib.

                                                       

 

Advertisements

02.06.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: