Millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi ilə bağlı kitabının ilk təqdimatını ön cəbhədə keçirib.

 Millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi ilə bağlı kitabının ilk təqdimatını ön cəbhədə keçirib.

????????????????????????????????????

Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin tarixindən bu gününə qədər olan bütün tarixi prosesləri və vəziyyəti özündə ehtiva edən “Dağlıq Qarabağ münaqişəsi Avropa təhlükəsizliyinə başlıca təhdid kimi” adlı yeni kitabının ilk təqdimatını Ermənistanla ön cəbhədə hərbiçi və əsgərlərlə birlikdə keçirib və ilk imzalı kitabları da onlara hədiyyə edib. Əsgər və hərbçilər adından Q. Paşayevaya təşəkkürünü bildirən hərbi hissənin rəhbəri bu tədbiri əsgər və hərbçilərin unutmayacağını deyərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumatların olduğu və müəllifin imzası ilə verilən hədiyyə kitablarının onlar üçün çox dəyərli olacağını vurğulayıb. Tədbir üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirən Q. Paşayeva ön cəbhədə bu cür tədbirlərin önəmindən danışıb. Ali Baş Komandan cənab  İlham Əliyevin 28 May Respublika Günü ilə bağlı çıxışında torpaqlarımızın qeyd-şərtsiz qaytarılacağı ilə bağlı mesajına toxunan millət vəkili Qənirə Paşayeva “ Arzu edirəm ki, gələn bu cür tədbirlərimizi, bayramlarımızı  Ali Baş komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan  azad edəcəyimiz  Dağlıq Qarabağımızda , Xankəndində,  Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”, – deyib. O hər bir insanımızın, o cümlədən əsgər və hərbiçilərimizin tariximiz, işğal altında olan ərazilərimiz, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumatlara malik olmasının önəmi barədə fikirlərini bölüşərək bütün əsgərləri hərbi hissənin kitabxanası üçün də hədiyyə etdiyi kitabları oxumağa çağırıb.

Advertisements

01.06.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: