Millət vəkili Qənirə Paşayeva Türkiyədə jurnalistlər tərəfindən mükafatlandırılıb

Millət vəkili Qənirə Paşayeva Türkiyədə jurnalistlər tərəfindən mükafatlandırılıb.

 11225922_917814144924236_1060441749_nGap Gazeteciler Birliyi başqanı Zeynelabidin Kıymaz mükafatı və plaketi  təqdim edərkən bildirib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklərin haqlarının müdafiəsi istiqamətində çalışır, onların problemlərini beynəlxalq tribunalardan səsləndirir  və eyni zamanda Xocalı Soyqırımı həqiqətlərinin dünyaya yayılması, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə istiqamətində yorulmadan çalışır. Millət vəkilinin bu mövzularda daim Türkiyə KİV qurum və sivil toplum təşkilatları, o cümlədən GAP Gazeteciler Birliği  ilə mütəmadi görüşdüyünü və bir millət vəkili olaraq özünün və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB ortaq layihələrə dəstəyini yüksək qiymətləndirərək mükafatı millət vəkili Qənirə Paşayevaya təqdim edib. O, millət vəkilindən Azərbaycan dövlətinə Adıyaman bölgəsinin xahişini çatdırmasını da xahiş edib və bildirib ki, Azərbaycanın ümumimilli lideri və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərində misilsiz rol oynamış Heydər Əliyevin adını daşıyan bir məktəbin istifadəyə verilməsi üçün Azərbaycan dövlətindən dəstək verilməsini xahiş edirlər. Mükafat üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq, güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev bu gün Azərbaycan-Türkiyə arasındakı münasibətlərin dünyada analoqu olmayan münasibətlərdən olduğunu və bu cür əməkdaşlıqdan hər iki dövlətimizin gücləndiyini deyib və bunun bir örnək olduğunu da bildirib. Azərbaycanın ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından danışan Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Millət vəkili Qənirə Paşayeva Gap Gazeteciler Birliyi başqanı Zeynelabidin Kıymaza Türkiyədə yeni çapdan çıxmış  “Karabağ hikayeleri” kitabını, Qarabağ həqiqətləri ilə bağlı materiallar və müəllifi olduğu kitabları hədiyyə edib.

Advertisements

27.05.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: