Millət vəkili Qənirə Paşayeva Makedoniya ziyalıları ilə görüşdə onları Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında səylərini artırmağa çağırıb

Millət vəkili Qənirə Paşayeva Makedoniyanın bir sıra tanınmış elm,mədəniyyət xadimləri ilə görüşüb

????????????????????????????????????

Qənirə Paşayeva onlara Azərbaycanda vəziyyət, Azərbaycan-Makedoniya münasibətlərinin getdikcə daha da inkişafı ilə yanaşı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, bu gün də onlarla Azərbaycan türklərinin Ermənistanda əsir və girov saxlanılması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib. Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin, insanlığın yanında olan bütün insanlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Millət vəkili Azərbaycan həqiqətlərinin Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində aydınların öz səylərini daha da artıracağına inandığını dilə gətirib. Qənirə Paşayeva görüş zamanı onlara  Azərbaycan mədəniyyəti ilə bərabər Qarabağ həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycana dəvət edib. Azərbaycanı sevdiyirlərini bildirən Makedoniya elm,mədəniyyət xadimləri yaxın zamanlarda Azərbaycana səfər etmək istədiklərini söyləyiblər. Onlar Azərbaycan və Makedoniya arasında əlaqələrinin daha da artması üçün çalışacaqlarını deyiblər və buna böyük potensial olduğunu bildiriblər.Görüş zamanı  Makedoniyada yaşayan türklərlə bağlı da geniş fikir mübadiləsi aparılıb və Azərbaycan türkləri ilə Makedoniya türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ikitərəfli səylərin daha da artırılmasını vacibliyi də vurğulanıb. Qənirə Paşayeva onlara Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunları barədə də danışıb. Bunun tarixi bir hadisə olduğunu deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın bu böyük yarışı keçirmək üçün hazır olduğunu deyib və dost Makedoniya ziyalılarını və insanlarını da  Avropa Olimpiya Oyunlarını izləməyə və qədim Azərbaycanı daha yaxından tanımağa dəvət edib. 

Advertisements

26.05.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: