Millət vəkili Qənirə Paşayeva Finlandiya Türk diaspor rəhbərləri ilə görüşdə Qarabağ həqiqətlərinin yayılmasında səylərini daha da artırmağa çağırıb

Millət vəkili Qənirə Paşayeva  Finlandiya Türk  Dərnəyi başkanı Engin Uludamarla görüşüb. 11195311_903768973020956_377212661_nGörüş zamanı millət vəkili deyib ki, Finlandiyada fəaliyyət göstərən Türk kökənli diasporlar Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin Finlandiya cəmiyyətinə və  dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması ,“qondarma erməni soyqırımı”na qarşı mübarizə aparmaq üçün birlikdə çalışmalarını sürətləndirməlidirlər. Deputat  Finlandiya Türk Derneyi Başkanı Engin Uludamara Azərbaycana, onun haqlı davasına hər zaman göstərdiyi diqqətə görə təşəkkür edib və rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu” İB adından  ona Azərbaycanla bağlı materiallar, yeni çapdan çıxmış “Karabağ hikayeleri” kitabını da təqdim edib. Finlandiya Türk derneyi  Başkanı Engin Uludamar bəyan edib ki, təşkilat indiyə qədər olduğu kimi bundan sonra da daim Azərbaycanın həqiqətlərinin daha geniş yayılması, Dağlıq Qarabağ probleminin həlli istiqamətində öz səylərini daha da artıracaqlar. O, qardaş Azərbaycanın Qarabağ ağrısının onların da ağrısı olduğunu bildirib və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycan həqiqətlərinin Finlandiyada daha geniş yayılması işində əllərindən gələn dəstəyi bundan sonra da hər zaman göstərəcəklərini deyib. Finlandiya Türk  Derneyi  Başkanı Engin Uludamar eyni zamanda Finlandiyada yaşayan azərbaycanlılar və onların təşkilatları ilə də əməkdaşlığı getdikcə daha da gücləndirdiklərini vurğulayıb. . Millət vəkili Qənirə Paşayeva Finlandiyada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının koordinasiya olunmuş şəkildə bir-birlərinə daha da  sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini xüsusi diqqətə çatdırıb. Görüşdə  bu istiqamətdə görülən işlər və həyata keçirməyi planlaşdırdıqları layihələr barədə millət vəkilinə məlumatlar verib, təkliflərini səsləndiriblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

Advertisements

23.05.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: