Millət vəkili Qənirə Paşayeva Türkiyə Kitab Fuarında kitabların satışından əldə edilən gəliri imkansız ailələrə bağışlayacağını deyib

Türkiyədə Kitab Fuarında yüzlərlə oxucunun iştirakı ilə millət vəkili Qənirə Paşayeva kitablarının tanıtım və imzalanması olub. 

????????????????????????????????????

Millət vəkili Qənirə Paşayeva Türkiyə Kitab Fuarında kitabların satışından əldə edilən gəliri imkansız ailələrə bağışlayacağını deyib. Kitab Fuarında millət vəkili Qənirə Paşayevanın Türkiyədə Türkiyə türkcəsində çap olunmuş “Allah, seven kalplerdedir”,”Aşk Başka” və həmmüəllifi olduğu ”Hocalı soykırımı tanıkların dilinden” və bir sıra kitablarının tanıtım və imzalanması olub. Tanıtım və imzalanmaya Türkiyənin sabiq Adalet bakanı, millət vəkili Sadullah Ergün və Türkiyənin bir sıra millət vəkilləri ilə bərabər, Malatya, Battalqazi, Yeşilyurt bələdiyyə başkanları, Malatya valisi, Universitetin rektoru və ziyalılarla bərabər yüzlərlə sadə insan da qatılıb. Türkiyə KİV-lərinin geniş iştirak etdiyi tədbirdə bu cür yüksək təşkilatçılığa və onlara bu qədər önəmli Kitab Fuarında geniş yer verdiyi üçün  millət vəkili  ilk öncə təşkilatçılara təşəkkürünü bildirib. Qənirə Paşayeva bizim ailəmiz zəngin deyildi, amma atam hər zaman deyərdi ki, mən çox zəngin insanam, çünki mənim pulla alına bilməyəcək qədər çoxlu  gözəl dostlarım var. Mən də çox zəngin insanam, çünki sizin kimi çoxlu dəyərli dostlarım var deyən Qənirə Paşayeva Azərbaycanın müstəqilliyə keçdiyi yoldan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı Soyqırımından, şəhid olan dostlarından, sinif  yoldaşlarından, Azərbaycanın Ümumumilli lideri Heydər Əliyevin həyatında oynadığı böyük roldan, Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın o da daxil olmaqla gənc qadınların ölkənin həyatındakı rolunu daha da artırmaq üçün böyük dəstəyindən və kitablarından geniş danışaraq “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir” deyərək kitabını əldə etmək istəyənlərin hər birinə kitabını imzalayıb və onları maralandıran sualları cavablandırıb. Türkiyə KİV təmsilçilərindən birinin burada çoxlu sayda kitablarınız satıldı bildiyimiz qədər ilk dəfə kitablarınız çıxanda satışından əldə etdiyim gəliri imkansız ailələrə bağışlayacam demişdiniz bu vəsaitdə bağışlanacaqmı sualına millət vəkili Qənirə Paşayeva bəli burada yüzlərlə kitabımın  satışından əldə olunan  gəlir də imkansız ailələrəailələrə bağışlanacağını və kitablarının belə bir missiyaya xidmət edəcəyindən çox məmun olduğunu bildirib. Millət vəkili tədbiri geniş işıqlandıran KİV təmsilçilərinin suallarını da cavablandırıb və 5 televiziya kanalının canlı yayımında çıxışlar edib. GAP Qəzeteçilər cəmiyyəti rəhbəri Zeynalabidin Kıymaz  millət vəkili Qənirə Paşayevaya kitabların təqdimat və imzalanmasında rəhbərlik etdiyi təşkilat adından plaket də təqdim edib. Millət vəkili Qənirə Paşayeva gənclərin müəllifi olduğu  kitablarla bağlı suallarını da cavablandırıb “Kitablarınıza belə diqqət gözləyirdinizmi” sualının cavabında millət vəkili Qənirə Paşayeva açıqcası cəmi bir ay tamam olmamış “Allah, sevən kalplerdedir” kitabımın 2-ci baskı ilə çap olunacağı mənim üçün də sürpriz oldu, kitablarıma diqqət göstərən bütün dəyərli oxuculara təşəkkür edirəm deyib. O, Türkiyənin bəzi bölgələrindən  kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.   

Advertisements

21.05.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: