Millət vəkili Qənirə Paşayeva Malatya valisi Süleyman Kamçıya  Xocalı Soyqırımı və qondarma erməni soyqırımı iddialarından danışıb

Millət vəkili Qənirə Paşayeva Malatya valisi Süleyman Kamçıya Malatyayla Azərbaycan bölgələrinin qardaşlaşmasını təklif edib.

20150507_182100Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Malatyaya səfəri zamanı Malatya valisi Süleyman Kamçı  ilə görüşüb. “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli  Lider  Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”-deyən millət vəkili vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindən geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımı törədənlərin  ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik.”. Qənirə Paşayeva Malatya valisi Süleyman Kamçıya həmmüəllifi olduğu Türkiyə türkcəsində  “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Malatyaya bələdiyyənin  dəvəti ilə gəldiyini,bu mövzuları özündə əks etdirən konfransda məruzə ilə çıxış edəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib. Özəlliklə son günlərdə Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı açıqlaması, Avropa Parlamentində bu məsələ ilə bağlı ədalətsiz müzakirələri vurğuıayan millət vəkili Qənirə Paşayeva dünyanın hər yerindəki insanımız birlikdə bu yalanlara qarşı mübarizəmizi daha da artırmalıyıq deyib. Malatya valisi Süleyman Kamçıya öz növbəsində  görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq. Sizin vurğuladığınız mövzular ətrafında özəlliklə gənclərimizlə müzakirələrə böyük ehtiyac var və inanıram ki, çox faydalı olacaq”. Millət  vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın  növbəti hissəsələrində Malatyanın da yer alacağını bildirib və onu  ölkəmizə dəvət edib. Malatya valisi Süleyman Kamçıya Azərbaycana səfər etməkdən böyük sevinc duyacağını deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edərək Azərbaycanla Malatya arasında əlaqələrinin daha da güclənməsinin də  çox mühüm olduğunu  dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Malatyanın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir. Burada İsmət İnönü Universitetində xeyli sayda gənclərimiz təhsil alır. Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizı təşəkkürümüzü bildiririk. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva  Malatya valisi Süleyman Kamçıya özünün müəllifi olduğu kitablarla yanaşı  Azərbaycanın tarixi,  mədəniyyəti,  Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən  kitabları, matreialları , rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin  hazırladığı  “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu  və  Azərbaycan bayrağı hədiyyə edib. Malatya valisi Süleyman Kamçı da millət vəkili Qənirə Paşayevaya Malatya ılə  bağlı materiallar,  kitablar hədiyyə edib.Görüşdə İNDEX təşkilatının Malatya təmsilçisi Ramal Şəmşədli və Azərbaycan kökənli vəkil, Türkiyə vəkillər kollegiyasının üzvü Saide Ekmen de iştirak ediblər.

 

Advertisements

16.05.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: