Millət vəkili Qənirə Paşayeva Kahramanmaraşda Qarabağ münaqişəsi ilə bağlı konfrans verib

Millət vəkili Qənirə Paşayeva Kahramanmaraşda Qarabağ münaqişəsi ilə bağlı konfrans verib.

????????????????????????????????????

Türkiyənin ən böyük bölgələrindən biri olan Kahramanmaraşda , Afşin bələdiyyə başqanının dəvəti ilə millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı konfrans verib. Yüzlərlə ziyalının, yerli sakinlərin, KİV təmsilçilərinin  iştirak etdiyi konfransda millət vəkili geniş məruzə ilə çıxış edib. O, Qarabağın  dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir  və tədbir iştirakçılarının əksəriyyətinin Qarabağda  olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd etdi: “Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl  Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olduğu gün  çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik“, –deyib. Çıxış edən millət vəkili Qənirə Paşayeva  qeyd etdi ki, Qarabağın qədim tarixi var. Qarabağ əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiklərindən biri   olub. Mədəniyyətə  əvəzsiz  töhfələr verən dahi şəxsiyyətlər orada yetişib. “Hər bir Türk insanı  Qarabağı   hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz  Qarabağı sevməliyik, xatırlamalıyıq ki,o  işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və   tarixi abidələrimizi  məhv edirlər və dünya buna göz yumur”.  Dağlıq Qarabağ və ətraf bölgələrimizin  23 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: “ Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədtdiyi vandalizm aktlafrına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı iləəlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”. Millət vəkili Qənirə Paşayeva çıxışında  Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədəətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər  bir  Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı  tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – Qənirə Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk  gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün Türk dünyasının məsələsi olduğunu bildirib: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. O deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib.. “Azərbaycanın  güclənməsi  Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın  güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva  hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib. Tədbirdə Azərbaycan Yazarlar Birliyinin üzvü Sərvaz Hüseynoğlu, Sahibkar Qadınlar Dərnəyinin rəhbəri Sürəyya ismayılova, bu bölgədə təhsil alan tələbələrdə iştirak edib və böyük maraq göstəriblər. Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində “Karabağ hikayeleri” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB hazırladığı “Azərbaycan həqiqətləri” adlı filmlər toplusu və “Ruhum Qarabağlıdır” filmləri, millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi iləhazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran “Hocalı Soykırımı: tanıkların dili ile” və “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filmi ilə yanaşı bələdiyyə başqan və yetkililərininə, gənclərə, tədbir iştirakşılarına  Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı çoxli material və kitablar təqdim olunmuş və millət vəkili gəncləri və KİV təmsilçilərini maraqlandıram sualları geniş cavablandırmış və fikir mübadiləsi aparılmışdır. Afşin bələdiyyə başqanı bu kimi konfraslarının keçirilməsinin vacibliyini vurğulayaraq millət vəkili Qənirə Paşayevanı təkrar Kahramanmaraşa dəvət etmişdir.

Advertisements

16.05.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: