Tovuzun ön cəbhə sakinləri üçün möhtəşəm tədbir və konsert proqramı keçirilib

Tovuzda millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB  tərəfindən ön cəbhə sakinləri üçün möhtəşəm konsert proqramı keçirilib

????????????????????????????????????

Yeni tikilmiş istirahət və ticarət mərkəzində təşkil olunmuş tədbirdə yüzlərlə ön cəbhə kəndlərinin sakinləri iştirak edib. Tədbirdə millət vəkili Qənirə Paşayeva, Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ümummilli liderimiz Heydər Əliyevin və onun siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevin böyük fəaliyyətini xüsusi vurğulayaraq bildiriblər ki, Avropa Oyunları məşəli mayın 19-da Tovuzda olacaq və bu möhtəşəm tədbirə də bütün sakinlərimiz dəvətlidirlər. Onlar ön cəbhə kəndlərində yaşayan sakinlərin bütün çətinləklərə rəğmən qəhrəman olduqlarını və bu cür tədbirlərin burada keçirilməsinin əhəmiyyətini vuğulayıblar. Millət vəkili Qənirə Paşayeva  ön cəbhə sakinlərini cəsarətli, qorxmaz adlandırıb: “Ermənistanın bütün çirkin əməllərinə baxmayaraq,  siz, cəsarətiniz, Vətən, torpaq sevginiz, qorxmazlığınızla hər zaman düşmənə ən gözəl cavabı verirsiniz. Siz gerçəkdən də qəhrəman insanlarsınız və siz də daxil olmaqla ölkəmizin ön cəbhəsinin önündə yaşayan bütün insanlarımız hər kəsdən daha çox diqqət və qayğıya layiqdir”. Millət vəkili Qənirə Paşayeva “inşallah  yaxın zamanlarda Ali Baş Komandanın rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və bütün o gözəl bölgələrimizdə də belə tədbirlər  keçirəcəyik. İnanırıq ki, o gün uzaqda deyil. Biz hamımız bunun üçün əlimizdən gələni etməliyik”, – dedi. Azərbaycanın tanınmış aparıcısı Samir Bayramlı və tanınmış gənc sənətçisi Əbdül Xalidin  möhtəşəm konsert proqramını sakinlər alqışlarla qarşılayıblar. Tanınmış aparıcısı Samir Bayramlı və tanınmış gənc sənətçisi Əbdül Xalid hər zaman  Tovuzda ön cəbhədə çıxış etməkdən hər zaman qürur və sevinc hissi duyduğunu və hər zaman bu cür tədbirlərdə  iştirak etməyə hazır olduğunu deyib və musiqilərlə bərabər fikir və düşüncələrini də  sakinlərlə bölüşüb. Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva tədbirə gəlmiş balacalara özünün müəllifi olduğu kitabları və müxtəlif hədiyyələr təqdim edib.

 

Advertisements

15.05.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: