Düşmənlə ön cəbhədə Əlibəylidə olan əsgər və hərbiçilər biz hazırıq dedilər

Düşmənlə ön cəbhədə Əlibəylidə olan əsgər və hərbiçilər biz hazırıq dedilər

????????????????????????????????????

Tovuzun Ermənistanla ən cəbhə nöqtələrindən biri olan  Əlibəyli  kəndində “N” saylı hərbi hissədə əsgər və hərbiçilər  qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. ” – millət vəkili deyib. Tədbirdə Qarabağ müharibəsi veteranları, Tovuz Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib və əsgər və zabit heyəti ilə gözəl söhbətlər ediblər. Sonra hərbi xidmətində fərqlənən əsgər və zabitlərə millət vəkili  Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB adından hədiyyələr təqdim edilmiş və onlarla gözəl söhbətlər aparılmışdır. Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib. Sonra tədbir bədii hissə və konsert proqramı ilə davam edib. Azərbaycanın xalq artisti  Könül Xasıyeva əsgər və hərbiçilərimiz üçün gözəl bir gün yaşadıb. Hərbi hissənin rəhbərliyi və millət vəkili Qənirə Paşayeva  Azərbaycanın  xalq artisti  Könül Xasıyevaya Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər və bildiriblər ki, “bu ən qiymətli hədiyyədir və biz inanırıq ki, siz hər zaman özünüzü Azərbaycan ordusunun könüllü bir əsgəri kimi hiss edəcəksiniz.” Azərbaycan əsgərinin formasını geyinən Könül Xasıyeva “bu həyatımızda aldığımız ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanımızın ordusunun yanındayam, onun bir əsgəriyik və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuram” deyib və gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək deyə arzularını da dilə gətirib. Daha sonra əsgər və hərbçilər üçün konsert proqramı verilib.
Azərbaycanın xalq artisti Könül Xasıyevanın bü möhtəşəm konsert proqramını əsgər və hərbiçilər  alqışlarla qarşılayıblar. Azərbaycan muğamları ilə bərabər , Könül  xanımın vətənpərvərlik mövzusunda ifa etdiyi əsərləri bir çox əsgərlər onunla bərabər ifa ediblər.  Könül Xasıyeva hər zaman  Tovuzda ön cəbhədə çıxış etməkdən hər zaman qürur və sevinc hissi duyduğunu və hər zaman bu cür tədbirlərdə  iştirak etməyə hazır olduğunu deyib.

Advertisements

14.05.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: