Millət vəkili Qənirə Paşayeva hərb sənətinin sirlərini öyrənən məktəblilərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva hərb sənətinin sirlərini öyrənən məktəblilərlə görüşüb.

????????????????????????????????????

Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissənin, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmlar İnstutu İB, Tovuz rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirlərdə məqsəd uşaqlarımızın artıq məktəb yaşlarından ön cəbhənin, əsgərlik həyatının nə demək olduğunu yaxından görüb anlamaqla bərabər hərb sənətinin sirlərinə də bələd olmalarıdır. Görüşdə iştirak edən məktəblilərin bir çoxları gələcəkdə hərbiçi olmaq arzusunda olduqlarını da bildirib və bunun üçün çalışacaqlarını deyiblər.  Millət vəkili Qənirə Paşayeva gənclərimizlə tariximiz, ölkəmiz, özəlliklə Ermənistanın işğalçılıq siyasəti, törətdiyi soyqırımlar barədə ətraflı söhbət edib və onları maraqlandıran müxtəlif sualları cavablandırıb. Millət vəkili gənclərə tariximizi yaxşı öyrənməyi msləhət görüb. Bizim hər bir gəncimiz işğal altında olan torpaqlarımızı, oradakı tariximizi, tarixi-mədəni abidələrimizi əzbər bilməlidir deyib və gənclərə fiziki sağlam olmaları üçün idmanla daha çox məşğul olmaqla bərabər mənəvi sağlamlıqlarına da ciddi önəm verməyə, siqaret, narkomanya, alkaqol, qumar kimi insanı mıhz edən alışqanlıqlardan uşaq durmaöa çağırıb. Məktəblilərin hərbi biliklərinin artmasından məmun olduğunu bildirən Qənirə Paşayeva hərbi müəllimlərlə yanaşı məktəblilərə belə bir imkan yaradan hərbi hissə rəhbərliyinə də təşəkkür edib. Sonra millət vəkili əsgərlər və məktəblilərlə bərabər əsgər yeməyi bişirib, onları əsgər qaydasında paylayıb və birlikdə əsgər naharı edərək söhbətlər ediblər. Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva onlara müəllifi olduğu kitabları və Azıbaycan tarixi ,həqiqətləri ilə bağlı kitabları hədiyyə edib və uğurlar arzulayıb. Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov isə bu cür layihələrin davamlı olmasına toxunaraq savadlı gənclər arasında hərb peşəsinə maraq edənlərin artmasının vacibliyi ilə bağlı danışıb və uşaqlara uğurlar arzulayıb.  Tədbirdə Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova da iştirak edib.

Advertisements

13.05.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: