Millət vəkili Qənirə Paşayeva Türkiyənin Kültür Turizm və Kalkınma Federasyonu ilə görüşdə Azərbaycanı da təbliğ edin deyib

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Kültür Turizm və Kalkınma Federasyonu başqanı Bektaş Tanırverdi və üzvləri ilə görüşdə Azərbaycan, iqtisadi inkişafı, turizm potensialı, Qarabağ, Xocalı həqiqətləri ilə bağlı geniş məlumat verib.

DSC_0158Onu mükafatla təltif edən Türkiyənin Kültür Turizm və Kalkınma Federasyonu başkanı Bektaş Tanrıverdiyə və qurumun üzvlərinə çox gözəl işlər görən, layihələr həyata keçirən Türkiyənin Kültür Turizm və Kalkınma Federasyonunu təbrik edib və onlara uğurlar diləyib.  Qənirə Paşayeva ölkəmizdə Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndiyini bildirib. O eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində  qaçqın və məcburi köçkün düşmüş insanlarımızdan, onların fundamental insan haqlarının Ermənistan tərəfindən 20 ildən artıqdır ki, tapdalanmaqda davam etməsindən də danışıb. Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün insanlarımız bu məsələlərə laqeyd,  seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. Qənirə Paşayeva Türkiyənin Kültür Turizm və Kalkınma Federasyonu başkanı Bektaş Tanrıverdi və bütün kollektivini öz fəaliyyətlərində Azərbaycana və Azərbaycanla əməkdaşlığa  daha da geniş yer verilməsini və Türkiyə ilə bərabər dünyada Azərbaycanı, onun inkişafını, turizm potensialını da təbliğ etmələrini xahiş edib. Azərbaycanda keçiriləcək böyük idman hadisəsi olan Avropa Oyunları ilə bağlı geniş məlumat verən millət vəkili Qənirə Paşayeva Azərbaycanı istəməyən bəzi güclərin Azərbaycan əleyhinə apardığı kompaniyalardan danışıb və minlərlə üzvü olan  Federasiyadan onlara qarşı mübarizədə və Azərbaycanın təbliğində daha fəal rol oynamağa çağırıb.  O, Kültür Turizm və Kalkınma Federasyonu başkanı Bektaş Tanrıverdiyə və üzvlərinə qurumun Azərbaycan tarixi, mədəniyyəti, musiqisi ilə bağlı hədiyyələr və özünün müəllifi olduğu kitabları təqdim edib və onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Kültür Turizm və Kalkınma Federasyonu başkanı Bektaş Tanrıverdi bundan sonra öz fəaliyyətlərində Azərbaycana geniş yer verəcəklərini bildirib. Görüş zamanı bir sıra layihələr ətrafında fikir mübadiləsi də aparılıb. 

 

Advertisements

01.05.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: