Millət vəkili Qənirə Paşayeva MM-də Qarabağ müharibəsi veteranlarının müavinətləri məsələsini qaldırdı

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə çıxışı zamanı Qarabağ müharibəsi veteranlarının narahat edən bir məsələni diqqətə çatdırıb

_MG_0311Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə çıxışı zamanı Qarabağ müharibəsi veteranlarının narahat edən bir məsələni diqqətə çatdırıb və bildirib ki, Qarabağ müharibəsi veteranları bu məsələnin həllində Parlamentdən və hökumətdən dəstək gözləyirlər. Bir qrup Qarabağ müharibəsi veteranının ona müraciət etdiyini deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, Qarabağ müharibəsi veteranları hər ay aldıqları 45 manat müavinətin pensiyaya çıxdıqları zaman azalaraq 10 manata düşdüyünü bildiriblər. Onlar bildiriblər ki, əmək pensiyaları haqqında qanuna görə yaşa görə əmək pensiyasının baza hissəsinin 19-cu maddəsinə görə 10% məbləğində imtiyaz nəzərdə tutulur ki, bu da 10 manat edir. Onlar da bu məsələdən çıxış yolu kimi əmək pensiyası haqqında qanunda verilən imtiyazı artırmaqda, yəni 45 manatı ala bilmək üçün 45% artımda görürlər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Qarabağ müharibəsi veteranları pensiya yaşına çıxdıqları zaman sağlamlıqlarında, səhhətlərində problemlərin artdığını və daha çox vəsaitə ehtiyacları olduqlarını bildirərək Parlamenti və hökuməti bu məsələni həll etməyə çağırırlar. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin hər zaman Qarabağ müharibəsi veteranlarına böyük diqqət göstərdiyini deyən millət vəkili Qənirə Paşayeva Qarabağ müharibəsi veteranları bu məsələnin həll olunacağına inanır və Parlamentimizi bu məsələnin həllinə dəstək göstərməyə çağırırlar.

 

Advertisements

28.04.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: