Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistan heyətinə “ölkəniz azərbaycanlılara qarşı terrorlar törədəndə nədən etiraz etmədiniz” deyərək sərt cavab verib

Millət vəkili Qənirə Paşayeva AŞPA-da  heyətinə “ölkəniz azərbaycanlılara qarşı terrorlar törədəndə nədən etiraz etmədiniz” deyərək sərt cavab verib və Ermənistanı dövlət səviyyəsində terroru dəstəkləyən bir ölkədir deyib

TRTAŞPA-da “İŞİD terror qruplaşmasının hərəkətlərinin humanitar fəsadları” adlı qətnamə layihəsinin müzakirəsi zamanı çıxış edən Ermənistan nümayəndə heyəti üzvləri yenidən qondarma erməni soyqırımı məsələsini qaldırıblar və Türkiyə, İslam dini əleyhinə fikirlər səsləndiriblər. Müzakirələrdə çıxış edən millət vəkili Qənirə Paşayeva mövzu ilə bağlı fikirlərini səsləndirdikdən sonra Ermənistan heyətinə sərt cavab verib və ölkəniz azərbaycanlılara qarşı terrorlar həyata keçirəndə nədən etiraz etmirdiniz, səsinizi çıxarmırdınız, indi burada terrorizmə qarşı mübarizədən danışırsınız deyib və Assambleyaya birbaşa Ermənistan dövlətinin dəstəyi ilə azərbaycanlılara qarşı törədilən terror hadisələrindən danışıb və həmin zaman Avropanın Azərbaycana terrora qarşı mübarizədə lazımi dəstək verməməsindən də şikayətlənib və belə məsələdə ikili standartlar olmamalıdır deyib:” Suriyada davam edən böhran və terrorist qrupların, xüsusilə “İŞİD” adlanan qrupun peyda olması regiona və onun hüdudlarına ciddi təhlükə törədir. Regionda yaşayan insanlar dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq zorakılığa məruz qalırlar. Biz səylərimizi böhranın humanitar aspektlərində cəmləşdirməliyik. Belə ki, regional ölkələr humanitar fəlakətlə üzləşiblər.  Türkiyə 3 milyondan artıq insana sığınacaq verib, onların da böyük əksəriyyəti  uşaqlar  və  qadınlardır.  Biz  Türkiyənin bu istiqamətdə olan səylərini təqdir etməliyik. Assambleya bütün üzv dövlətlərə onların məsuliyyətini öz üzərlərinə götürməyi və baş vermiş faciəvi humanitar böhran yükünü paylaşmağa çağırmalıdır. Mən Assambleyamıza İraq və Suriyada yaşayan milyonlarla türkmənlərin, onların təmsilçilərinin xahişi ilə onların da düşüncələrini, səsini, yaşadıqları dəhşətləri sizə çatdırmaq və cağırış etmək istəyirəm. Bir neçə gün əvvəl İraqda yaşayan türkmənlər mənə üzərində qətlə yetirilmiş türkmənlərin qanı olan bayraq göndərmişdilər və xahiş edirdilər ki, onların səsini Bu Assambleyada sizlərə çatdırım. Əziyyət çəkən digər etnik və dini qrupların səsi,düşünccə və çağırırşları burada həmkarlarım tərəfindən səsləndirildi. Mən də türkmənlərin səsinin, cağırışının burada səslənməsini istəyir və sizə çatdırıram. Özəlliklə evini, işini itirmiş və qaçqın düşmüş insanlara daha çox humanitar dəstək göstərməyimizə böyük ehtiyac var. Əziz həmkarlar. Ermənistan heyətinin bəzi üzvləri yenə də burda Türkiyə və İslam əlehinə çoxlu sayda yanlış fikirlərlə çıxış etdi. Mən onlardan sizin qarşınızda soruşmaq istəyirəm.  23 il əvvəl Azərbaycan torpaqlarını işğal edən zaman terrora dəstək verən Ermənistan təmsilçiləri nədən ölkəsinin dəstəyi ilə terror  təşkilatları  Azərbaycanda metroları, qatarları, avtobusları partladıb 100-lərlə insanı, uşağı qətlə yetirəndə buna etiraz səslərini ucaltmırdılar? Səmimi olmaq lazımdır. Əziz həmkarlar məterrorun nə qədədəhşətli faciələtörətdiyini yaxşı anlayan ölkələrdəbirinin təmsilçisiyəmErmənistan Azərbaycan torpaqlarını işğal etməyə başlayandan bu ölkənin dəstəklədiyi terror təşkilatları çoxlu sayda qanlı terror hadisələri törədərəAzərbaycanda metroları, dəmiryol qatarlarını, avtobusları partladırdılar. 100-rlə insan,uşaqlar terrorun qurbanı olduMaraqlanan dostlara məonlarıfotolarını təqdim edə bilərəmAmma zaman təssüf kibizim bütünçağırışlarımıza baxmayaraq Avropalı dostlarımızdan bu qanlı terrora qarşı mübarizədə bizə lazıolan güclü dəstəyi ala bilməmişdikBiz harada, kimlətərəfindəkimlərə qarşı törədilməsindəasılı olmayaraq terrora qarşı birlikdə barışmaz mövqe ortaya qoymalı və mübarizə aparmalıyıq.Bu məsələdə ikili standartlara yol verməolmazSon olaraq vurğulamaq istərdim ki, İslam sülh və barış dinidir. İslam heç vaxt zorakılığizn vermir.Biz Avropada islamofobiya təmayüllərinin artmasından ciddi narahat olmalıyıq. Yadda saxlamalıyıq ki, islamofobiya təmayülləri yalnız radikal qrupların gələcəkdə çiçəklənməsi üçün məhsuldar zəmin yaradır. Ona görə də biz Avropada islamafobiyanıartmasına qarşı da ciddi mübarizəaparmalıyıq”.

 

Advertisements

22.04.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: