Nevşəhər valisi Mehmet Ceylan: Xocalı ortaq acımızdır

Nevşəhər  valisi Mehmet Ceylan: Bir-birimizi daha yaxından tanımaq üçün yazılan kitablar çox önəmlidir

DSC_0933Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Nevşəhərə səfəri zamanı Nevşəhər valisi Mehmet Ceylanla görüşüb. “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli  Lider  Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”-deyən millət vəkili vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq  Qarabağ problemindən geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalər qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğalından azad edəcəyik və Xocalı soyqırımı törədənlərin  ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik.” Qənirə Paşayeva  Nevşəhər valisinə  həmmüəllifi olduğu Türkiyə türkcəsində  “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında insanlarımızın üzərinə böyük bir missiya düşdüyünü deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib. Nevşəhər valisi Mehmet Ceylan öz növbəsində  görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq.”  Millət  vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasından Qədim  Nevşəhərlə bağlı yazdığı və yenidən çapdan çıxmış “Aşiq oldum Sənə-Nevşəhər” kitabını da təqdim edib. Sizinlə ötən görüşümüz zamanı belə bir kitab hazırladığımı söyləmişdim və ilk nüsxəsini də sizə hədiyyə edəcəyimizi demişdim və bunu sizə təqdim etməkdən çox məmnunam deyib və bildirib ki, bu əziz Nevşəhərlilərə, Kapadokiya, Uçhisar sakinlərinə onun kiçik bir hədiyyəsidir. O bildirib ki, bu kitabın nüsxələri Azərbaycanda universitet, məktəb, kitabxanalara hədiyyə ediləcək ki, gənclərimiz buradakı tarix, mədəniyyətimiz, insanımızı daha da yaxından tanısın. O, Azərbaycan insanına bu gözəl bölgəni daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Kapadokyada mərkəzi küçələrdən birinə  Qarabağ adının verilməsi ilə bağlı qərarlarına görə Nevşəhərlilərə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu addımın vacibliyi və əhəmiyyəti ilə bağlı fikirlərini də bölüşüb.  Millət vəkili  valini və xanımını  Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə  dəvət edib. Dəvəti məmnuniyyətlə  qəbul edən Nevşəhər valisi Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini   deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva  valiyə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər və özünün müəllifi olduğu kitabları hədiyyə edib. O da millət vəkilinə Kapadokyanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.

Advertisements

20.04.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: