Millət vəkili Qənirə Paşayeva AŞPA sessiyasında təşkilatı Azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad etmələri üçün Ermənistana təzyiq etməyə çağırıb

Millət vəkili Qənirə Paşayeva AŞPA sessiyasında təşkilatı Azərbaycanlı girovlar Şahbaz Quliyev və  Dilqəm Əsgərovun azad etmələri üçün Ermənistana təzyiq etməyə çağırıb.

_MG_0311Bu gün Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının ilk günündə ilk olaraq məruzəçi  P.Agramundun hazırladığı “İnkişaf məruzəsi” müzakirə olunub. Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edərək  AŞPA-nı Azərbaycanlı girovlar Şahbaz Quliyev və  Dilqəm Əsgərovun azad etmələri üçün Ermənistana təzyiq etməyə çağırıb.  O deyib: “ Mən cənab mərizəçinin və əziz həmkarlarım  sizin diqqətinizə bir məsələni çatdıraraq bu istiqamətdə səylərinizi artırmağa çağırıram. Bilirsiniz ki, bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkə tərəfindən tanınmayan və Ermənistan tərəfindən dəstəklənən rejim tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova  qarşı bütün beynəlxalq normaları pozaraq inşanlıqdan kənar əməllər həyata keçiriblər. Bu günə qədər də  bütün beynəlxalq çağırışlara o cümlədən Avropa Şurasında bir sıra həmkarlarımız tərəfindən edilən çağırışlara baxmayaraq ötən sessiyadan keçən dövr ərzində heç bir dəyişiklik baş verməyib və o insanlar hələ də  girov saxlanılırlar. Onların ailələri Parlament Assambleyasından, əziz dostlar sizdən dəstək gözləyirlər. Onların azadlığa çıxması üçün təşkilatımızı səylərini daha da artırmağa və bu məsələnin də sənəddə öz əksini tapmasına çağırırıq. Ümid edirik ki, siz o insanların haqlarının pozulmaqda davam etməsinə və ailələrinin çəkdiyi əzablara biganə qalmayacaq və bu məsələdə səylərinizi daha da artıracaqsınız”.

Advertisements

20.04.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: