Millət  vəkili  Qənirə  Paşayeva  Beynəlxalq Festivalda yazar, şair, sənətçi və aydınlara səslənib.

Türkiyənin Nevşəhər bölgəsində Uluslararası Kapadokya Şiir ve Kültür Festivalının açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva Türk dövlət və toplumlarından gəlmiş türk yazar, şair, araşdırmaçılar, sənətçilər və aydınlara səslənib.

IMG_3352Qeyd edək ki, tədbirdə Türkiyənin bir sıra rəsmi şəxsləri ilə bərabər, Makedoniya prezidenti G.İvanov və bu ölkənin bir sıra nazirləri də iştirak edib. Festival çərçivəsində Makedoniya Dostluq Gecəsi də keçirilib.Qeyd edək ki, ötən il də Festival çərçivəsində Azərbaycan-Türkiyə qardaşlıq gecəsi keçirilmişdi. Festivalın rəsmi açılış mərasimindəki çıxışında millət vəkili Qənirə Paşayeva Türk dövlət və toplumlarından gəlmiş  türk yazar, şair, sənətçi və aydınlara səslənərək  topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə bir bizi-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin  daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür   düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında qondarma erməni soyqırımı iddiaları, bununla bağlı Avropa Parlamentinin və bəzi ölkələrin qərəzli mövqeyindən, Azərbaycanın və Türk dünyasının ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın  Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından,  Xocalı Soyqırımından danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. “Qarabağ probleminin həlli, qondarma erməni soyqırımı iddialarına qarşı sərt mübarizə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük  dəstək olmalıyıq. Bu məsələdə yazarlarım, şairlərin, sənətçilərin, araşdırmaçıların, aydınların, jurnalsitlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. O, bildirib ki, bu məsələlərdə dost Makedoniyanın da hər zaman Azərbaycan və Türkiyənin yanında olacağına inanır. Azərbaycanla Makedoniya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan və Qarabağ həqiqətləri yerində görmək üçün tədbirdə iştirak edən yazar, şair, sənətçi, araşdırmaçı və jurnalistləri ölkəmizə dəvət edib. Çıxışını sonunda isə inşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik deyib. O, Nevşəhərə, Uçhisar bələdiyyəsinə tarixi Kapadokyanın mərkəzi küçələrindən birinə Qarabağ adının verilməsi üçün təşəkkür edib və inşallah yaxın zamanlarda Makedoniyada da gözəl park və ya mərkəzi küçələrdən birinə Qarabağın adının verildiyini görmək istəyərdik deyə çağırışını da səsləndirib. Bir il öncə “Qarabağdan Anadoliya Könül Körpüsü” layihəsi çərçivəsində rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşsırmalar İnstutu İB təşkilatçılığı ilə Uluslararası Kapadokya Şiir və Kültür festivalının dünyanın hər yerindən gəlmiş yazar, şair, sənət adamlarının iştirakı ilə Azərbaycanda keçirildiyini vurğulayan Qənirə Paşayeva inşallah torpaqlarımızı işğaldan azad edib bu gözəl tədbirlərimizi orada da birlikdə keçirək deyib. Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda tədbirin təşkilatçılarına Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, kitablar, hədiyyələr təqdim edib. Açılışda Makedoniya prezidenti də çıxış edib və çıxışında bundan sonra da Türkiyə və Azərbaycanla bütün istiqamətlərdə ölkəsi arasında əməkdaşlığın daha da genişlənəcəyini bildirib və deyib ki, biz yüzillərlə birlikdə yaşamışıq və birliyimizi, əməkdaşlığımızı daha da genişləndirməliyik. Açılışda eyni zamanda KKTC-dən və bir sıra türk toplumlarından gəlmiş rəsmi şəxslər, Nevşəhər valisi və tədbirin təşkilat komitəsinin sədri Ayşə Paslanmaz da çıxış edərək şair, yazar, sənət insanları və jurnalistlərin qardaşlıq, dostluq və birliyimizin genişlənməsində rolundan və bu cür tədbirlərin önəmindən danışıblar.  

Advertisements

18.04.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: