Millət vəkili Qənirə Paşayeva Makedoniya prezidenti Georgi İvanovla görüşüb

Millət vəkili Qənirə Paşayeva Makedoniya prezidenti Georgi İvanovla görüşdə Xocalı Soyqırımından danışıb. 

DSC_0722Türkiyədə keçirilən Makedoniya Kültür və Dostluq Gecəsinə dəvət edilən millət vəkili Qənirə Paşayeva səfər çərçivəsində Makedoniya prezidenti Georgi İvanovla görüşüb. Görüş zamanı Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini deyən Makedoniya prezidenti bildirib ki, Azərbaycan və Makedoniyanın beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstəyinin daha da artması vacib və əhəmiyyətlidir. O, Azərbaycan prezidenti İlham Əliyevlə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb. Millət vəkili Makedoniya prezidentinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətdən də danışıb. Millət vəkili Ermənistanın BMT Təhlükəsizlik Şurası, İslam Konfransı Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının qətnamələrinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmədiyini və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə qayıtmasına imkan vermədiyini vurğulayaraq, beynəlxalq ictimaiyyətin bununla bağlı Ermənistana təzyiqlərinin artmasının vacibliyini vurğulayıb. Makedoniya prezidenti aprelin sonunda Azərbaycana səfər edəcəyini və səfər çərçivəsində önəmli müzakirələr aparılacağını da deyib. O, Azərbaycanla iqtisadiyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını və Azərbaycan sərmayələrini Makedoniyada da görmək istədiklərini deyib.Azərbaycan prezidenti İlham Əliyevlə gözəl dostluq və əməkdaşlığın əlaqələrimizin  daha da inkişafına təkan verəcəyinə inanıram deyən Makedoniya prezidentinə görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycan, tariximiz, mədəniyyətimiz,Dağlıq Qarabağ və Xocalı Soyqırımı həqiqətləri ilə bağlı kitablar, filmlər və özünün müəllifi olduğu kitabları hədiyyə edib. Millət vəkili Qənirə Paşayevanı Makedoniyanın dostlarından biri adlandıran prezident Georgi İvanov onu Makedoniyaya dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva Makedoniyaya bir neçə dəfə səfər etdiyini və hər zaman gözəl münasibətlə qarşılaşdığını deyib və Makedoniya ilə bağlı bu günə qədər yazdığı yazıları daha da genişləndirərək kitab halında çap etdirməyə hazırlaşdığını deyib. Makedoniyanın dostu kimi Azərbaycan gənclərinə Makedoniyanı daha geniş tanıdacaq bu kitab mənim Makedoniya xalqına kiçik bir hədiyyəm olacaq deyən millət vəkili Qənirə Paşayeva Makedoniyaya səfərlər çərçivəsində və bu gün də bizi səmimi qəbul etdiyinizə və maraqlı fikir mübadiləsi üçün təşəkkür edirəm deyib. Makedoniya prezidenti millət vəkili Qənirə Paşayevanın Makedoniya ilə bağlı hazırladığı kitabı yüksək qiymətləndirərək təbrik edib və yaxın aylarda kitabı gözlədiklərini deyərək onu təkrar  Makedoniyaya dəvət edib. Millət vəkili Qənirə Paşayeva Makedoniya prezidentinin də iştirak etdiyi Türkiyə, Kapadokiyada “Üsküp” küçəsinin açılışında da iştirak edib və Makedoniya prezidenti ilə bərabər, Türkiyə və Azərbaycan təmsilçiləri olaraq açılış lentini birlikdə çəkiblər. Millət vəkili Qənirə Paşayeva inşallah yaxın zamanlarda Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın Ermənistanın işğal altında olan torpaqlarımızı azad etdikdən sonra bu cür açılışları Dağlıq Qarabağda da birlikdə edək deyib.

Advertisements

15.04.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: