Sivasda millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimat və imzalanması olub

Türkiyənin Sivas  vilayətində millət vəkili Qənirə Paşayevanın  kitablarının təqdimatı və imzalanması mərasimi olub

DSC_0785Mərasimdə Sivas bölgəsinin  ziyalıları, gənclər, jurnalistlər iştirak ediblər. Təqdimat zamanı millət vəkili Qənirə Paşayevanın Türkiyədə Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”), “Aşk Başka” adlı kitabları, həmmüəllifi olduğu “Hosalı Soykırımı:Tanıkların dilinden” kitabı və Türkiyənin 20-dən çox bölgəsini anladan “Qənirə Paşayeva ilə addım-addım Türk  Dünyası” kitabları da daxil olmaqla kitablarının  təqdimatı və imzalanması olub. Bu cür gözəl tədbirin təşkili üçün Sivasa, tədbirdə iştirak edənlərə və medya mənsublarına  təşəkkür edən millət vəkili Qənirə Paşayeva “bizim ailəmiz zəngin deyildi, amma atam hər zaman deyərdi ki, mən çox zəngin insanam, çünki mənim pulla alına bilməyəcək qədər çoxlu  gözəl dostlarım var. Mən də çox zəngin insanam çünki sizin kimi çoxlu dəyərli dostlarım var” deyən Qənirə Paşayeva Azərbaycanın müstəqilliyə keçdiyi yoldan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı Soyqırımından, şəhid olan dostlarından, sinif  yoldaşlarından, Azərbaycanın Ümumumilli lideri Heydər Əliyevin həyatında oynadığı böyük roldan, Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın o da daxil olmaqla gənc qadınların ölkənin həyatındakı rolunu daha da artırmaq üçün böyük dəstəyindən və kitablarından geniş danışaraq “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir” deyərək qədim Sivası Azərbaycanda daha geniş tanıdan bir kitab hazırlayacağına da sivaslılara söz verib. Millət vəkili sonra Sivas ziyalıları, gənclərı, KİV təmsilçiləri üçün kitablarını imzalayıb. Sivas Universiteti və Türk Ocaqları rəsmiləri millət vəkili Qənirə Paşayevaya kitabların təqdimat və imzalanmasında iştirak üçün dəvətlərini qəbul etdiyi təşəkkürlərini bildirib və plaket təqdim ediblər. Millət vəkili Qənirə Paşayeva gənclərin müəllifi olduğu  kitablarla bağlı suallarını da cavablandırıb və bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir” ve “Aşk Başka” kitabından əldə ediləcək bütün gəlir yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənəcək və kitablarının belə bir missiyaya xidmət edəcəyindən çox məmundur. “Kitablarınıza belə diqqət gözləyirdinizmi” sualına cavabında millət vəkili Qənirə Paşayeva açıqcası cəmi bir ay tamam olmamış “Allah, sevən kalplerdedir” kitabımın 2-ci baskı ilə çap olunacağı mənim üçün də sürpriz oldu, kitablarıma diqqət göstərən bütün dəyərli oxuculara təşəkkür edirəm deyib. O, Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.

Advertisements

14.04.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: