Millət vəkili Qənirə Paşayeva Sivas valisi ilə Dağlıq Qarabağ və Xocalı Soyqırımından danışıb

Millət vəkili Qənirə Paşayeva Sivas valisinə Sivasla Azərbaycan bölgələrinin qardaşlaşmasını təklif edib və bunun  önəmindən danışıb.

DSC_0663Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Sivasa  səfəri zamanı Sivas valisi Alim Barut ilə görüşüb. “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli  Lider  Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”-deyən millət vəkili vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq  Qarabağ problemindən geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalər qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğalından azad edəcəyik və Xocalı soyqırımı törədənlərin  ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik.” Qənirə Paşayeva  Sivas valisinə  həmmüəllifi olduğu Türkiyə türkcəsində  “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclıərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Sivas Cumhuriyyet Universiteti və Türk Ocaqlarının dəvəti ilə Sivasa gəldiyini və bu mövzuları özündə əks etdirən konfransda məruzə ilə çıxış edəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib. Bu cür konfransların önəminə toxunan Sivas valisi Alim Barut öz növbəsində  görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq.”  Millət  vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın  növbəti hissəsələrində Sivasın da yer alacağını bildirib və onu  ölkəmizə dəvət edib. Sivas  valisi Alim Barut  Azərbaycana səfər etməkdən böyük sevinc duyacağını deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edərək Azərbaycanla Sivas arasında əlaqələrinin daha da güclənməsinin də  çox mühüm olduğunu  dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Sivasın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir. Burada Cumhiriyyet Universitetində xeyli sayda gənclərimiz təhsil alır. Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizı təşəkkürümüzü bildiririk. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Sivas valisinə özünün müəllifi olduğu kitablarla yanaşı  Azərbaycanın tarixi,  mədəniyyəti,  Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən  kitabları, matreialları , rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin  hazırladığı  “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu  və  Azərbaycan bayrağı hədiyyə edib.  Sivas valisi Alim Barut da  millət vəkili Qənirə Paşayeva Sivasla bağlı materiallar, kitablar hədiyyə edib.

 

Advertisements

11.04.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: