“MERACIMIZ QARABAĞDIR”

“Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində növbəti yaddaqalan görüş Azərbaycanda Atatürk Mərkəzində keçirildi

DSC_0955Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin düzənlədiyi, bir neçə ildir ardıcıl tədbirlər və səfərlərlə həyata keçirilən “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində Türkiyəli ünlü ədiblərin iştirakı ilə yeni tədbirlər silsiləsi start götürmüşdür. Türk Dünyasının əfsanə isimlərindən olan ustad şair Camal Safi və istedadlı yeni nəsil yazarı, esseist və ünlü radio proqram aparıcısı Mehmet Ercanın iştirakı ilə gerçəkləşdirilən yaddaqalan tədbirlərdən biri dünən Atatürk Mərkəzində baş tutmuşdur. Martın 17-də millət vəkili, ABAİ İB prezidenti Qənirə Paşayevanın müşayiəti ilə Mərkəzə təşrif buyuran qardaş ölkə yazarları burada, ilk növdə bu elm-mədəniyyət qurumu haqqında məlumatlanıdırlmışlar. Sonra Atatürk Mərkəzinin konfrans zalında “Meracımız Qarabağdır” adlı ədəbi fikir gecəsi başlanmışdır. Öz adını ustad şair C.Safinin eyni adlı şeirindən götürmüş gecədə Azərbaycanın tanınmış yeni nəsil yazarları, tələbə-gənclər, QHT və KİV təmsilçiləri, habelə qardaş ölkədən gəlib, Azərbaycanın təhsil sektorunda çalışan bir qrup aydın iştirak edib. Maraqlı çıxışlar, sual-cavablarlla süslənmiş ədəbi fikir gecəsində qardaş ölkə yazarları öz əsərlərini səsləndimiş, Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələri mövzusunda fikior və mülahiozələrini bölüşmüşlər.Gecənin təşkilatçısı və adıkeçən layihənin rəhbəri millət vəkili dos.dr. Q.Paşayeva, ilk növbədə dəyərli qonaqları salamlayaraq, əslində onlara qonaq deməyin düzgün olmadığını, qardaş ölkədən gələn aydınların elə öz Vətənlərinə gəldiklərinə, özlərini evdə olduğu kimi doğmalıq içində hiss etdiklərinə inandığını ifadə etmişdir. Ustad Cemal Safi və istedadlı yeni nəsil yazarı, ədəbiyyatbilicisi Mehmet Ercanla tanışlığından, onların Azərbaycan mövzusuna, soydaşlarımızın duyğu və düşüncələrinə həssas yanaşmalarını şükranlıqla qeyd edən xanım Paşayeva, diqqəti “Meracımız Qarabağdır” şeiri üzərində cəmləmişdir.  Ən böyük dilək və təmənna kimi, ən sarsılmaz inam kimi, belə görüşlərin Qarabağda, Şuşada keçiriləcəyi gündən söz açan xanım millət vəkili, Türk Dünyasının bütün düşünən insanlarının “Meracımız Qarabağdır!” düşüncəsində olmalı olduğunu, türk birliyinin yalnız bir ideya və mənəvi kateqoriyalı məsələ olmaqdan çıxıb, istimai-siyasi məzmunda möhkəmlənməsinin vacibliyindən danışmışdır.  Ustad şair C.Safi özəlliklə gənclərin və yeni nəsil yazarlarının iştirakı ilə, özü də Türk Dünyasının iki tarixi şəxsiyyətinin adı ilə bağlı olan – Atatürkün adını daşıyan, Heydər Əliyev tərəfindən qurulmuş Mərkəzdə görüş keçirməkdən məmnunluğunu dilə gətirmişdir.

Onun şeirlərinə böyük marağın şahidi olduğunu zövqlə izlədiyini deyən ustad şair, “bir millət iki dövlət” kəlamına xatırladaraq, çiçəklənən Azərbaycanın bütün Türk Dünyasının fəxri olduğunu demişdir. Ölkə Prezidenti İlham Əliyev cənablarının Azərbaycanı bölgənin lider dövləti halına gətirdiyini  məhəbbətlə söyləyən qardaş ölkə şairi, Azərbaycana ikinci dəfə gəldiyini, bu gəlişi ilə nə qədər yeni tikililər, böyük layihələrlə qarşılaşdığını vurğulamışdır.

İstedadlı yeni nəsil yazarı M.Ercan, ustad C.Safinin dediklərinə qatılaraq, Azərbaycana gəlməkdən, burada inkişaf və tərəqqinin şahidi olmaqdan bir yazar olaraq zövq, ilham aldığını bildirmiş, öz yaradıcılığı ilə, özəlliklə, “Dodaq payım” kitabı ilə bağlı Azərbaycanlı gəncləri maraqlandıran sualları cavablandırmışdır.

Azərbaycanlı yazarlar, sənət adamları Əkbər Qoşalı, Şəmil Sadiq, Səhər Əhməd, Elxan Zal Qaraxanlı, Elxan Nəcəfli, Əfsanə Ələsgərli, Zülfiyyə Eldarqızı, Dursun Elmas, Hayri Atəş və başqaları da çıxış etmiş, “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi ilə bağlı mülahizələrini, “Meracımız Qarabağdır!” ədəbi fikir gecəsindən aldıqları təəsüratı bölüşmülər.

Advertisements

19.03.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: