Millət vəkili Qənirə Paşayeva hökumətin hesabatında Tovuzun bir sıra problemlərindən danışıb və onların həllini xahiş etdi

Millət vəkili Qənirə Paşayeva hökumətin hesabatında Tovuzun bir sıra problemlərindən danışıb və onların həllini xahiş etdi

sempozyum 1Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatı zamanı hökumətin 2014-cü il hesabatını müsbət qiymətləndirərək dəstəkləyəcəyini deyib və millət vəkili seçildiyi Tovuz rayonu ilə bağlı bəzi problemləri hökumət üzvlərinin diqqətinə çatdıraraq onların həllində daha sürətli addım atmağa çağırıb. Ölkənin bölgələrində, kəndlərində qazlaşma sahəsində çoxlu işlərin görüldüyünü deyən millət vəkili Qənirə Paşayeva amma Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunda yaşayış məntəqələrinin təxminən yarısına yaxının hələ də qazlaşmadığını diqqətə çatdırıb. Qazlaşmayan kəndlər arasında Ermənistanla ön cəbhədə yerləşən bir sıra kəndlərin olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, insanlar qısa zamanda onların yaşayış məntəqəsində qazlaşmasını gözləyirlər və o, Tovuzu təmsil edən bir millət vəkili olaraq hökumətdən və “Azəriqaz”dan bu məsələyə xüsusi diqqət yetirməsini xahiş edib. Cənab Prezidentin özəlliklə qazlaşma ilə bağlı Ermənistanla ön cəbhə bölgələrinə xüsusi diqqət yetirilməsi ilə bağlı fikirlərini vurğulayan millət vəkili Qənirə Paşayeva hökuməti 2015-cü ildə Tovuz rayonunun əksər hissəsinin qazlaşmasını başa çatdırmağa çağırıb. Millət vəkili eyni zamanda yeni yaşayış massivlərində yaşayan ailələrə təbii qazın verilməsi ilə bağlı ailələrin üzləşdiyi bürokratik problemlərə də toxunub və bildirib ki, hər hansı bir ailə öz mənzilinə yeni qaz xəttinin çəkilməsi ilə bağlı müraciət etdiyi təqdirdə onun bunun üçün lazım olan bütün sənədləşmə məsələlərinin “Azəriqaz”ın rayonlarda olan şöbələri tərəfindən həyata keçirilməsi lazımdır və bu insanları bu istiqamətdə bürokratik problem və süründürməçilikdən xilas etmək lazımdır. Millət vəkili Qənirə Paşayeva kəndlərdə, bölgələrdə uzun illər əvvəl çəkilmiş və bəzi yerlərdə qaz sızıntısı problemi yaşanan xətlərə xüsusi diqqət yetirilməsinə də çağırıb. O bildirib ki, məsələn Tovuzda bəzi evlərə qaz dolması və partlayışın baş verməsi məhz bəzi xətlərdə qaz sızıntısı problemi ucbatından baş verib. Ona görə də bu məsələyə Azəriqaz və onun yerli bölmələri xüsusi diqqət yetirməlidir. Millət vəkili Qənirə Paşayeva əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə olan Tovuz rayonunda insanların əkin sahələrinin suvarılması ilə bağlı üzləşdiyi ciddi problemlərdən də danışıb. O bildirib ki, Tovuzda əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur və əkin sahələrinin suvarılması onlar üçün ən ciddi məsələlərdən biridir. Ötən il əhalinin əkin sahələrinin suvarılmasında ciddi problemlə üzləşdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva daha çox artezian quyularının qazılmasına ehtiyac olması ilə bərabər, Ağstafaçay su kanalına Kür çayından daha çox su suvarılması imkanlarının hökumət qurumlarının ciddi nəzarətdən nəzərdən keçirərək yaz-yay aylarında əkin sahələrinin suvarılması üçün daha böyük su rezervlərinin yaradılmasına ehtiyac olduğunu deyib. O bildirib ki, özəlliklə əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan rayonlarda, o cümlədən Tovuzda əkin sahələrinin suvarılması ən önəmli məsələlərdən biridir və müvafiq qurumlardan Ermənistanla ön cəbhə rayonu olduğunu nəzərə alaraq Tovuzda bu istiqamətdə daha çox işlər görməyə çağırıb.

Advertisements

17.03.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: