Millət vəkili Qənirə Paşayeva Türkiyədə ödülə layiq görüldüyü toplantıda qadınlara çağırış edib

Millət vəkili Qənirə Paşayeva Türkiyədə ödülə layiq  görüldüyü  toplantıda  qadınlara  çağırış edib.

DSC_6069Yüzlərlə qadının iştirakı ilə keçən tədbirdə Türkiyənin Ailə və Sosial Məsələləri üzrə nazir müavini Ciğdem Erdoğan Atabek ve “Ayhsa” dərgisinin sahibi Pınar Küçükşabanoğlu ödülü millət vəkili Qənirə Paşayevaya təqdim edərək çıxışlarında millət vəkilinin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətində, qadınlarımız arasında əməkdaşlığın gücləndirilməsinə dair və qadın haqlarını fəal müdafiəsi istiqamətində daima çalışdığını vurğulayaraq onu təbrik edib və fəaliyyətində uğurlar arzulayıblar.  Ödül üçün təşəkkür edən millət vəkili Qənirə Paşayeva əziz dostları Türkiyənin Ailə və Sosial Məsələləri üzrə nazir müavini Ciğdem Erdoğan Atabek ve “Ayhsa” dərgisinin sahibi Pınar Küçükşabanoğluna xoş sözləri üçün təşəkkürünü bildririb və onlar da daxil olmaqla bütün qadınları 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik edib və onlara mutluluq və uğurlar diləyib.  Millət vəkili qadınlara qarşı zorakılığın bütün növləri ilə mübarizənin vacibliyini qeyd edərək, bu sahədə maarifləndirmə işlərinin və birgə səylərin  artırılmasının vacibliyini qeyd edib. Tədbirin “Qadına qarşı şiddətə YOX deyək!” çağırışı ilə keçirilməsini əhəmiyyətli addım sayan millət vəkili Qənirə Paşayeva deyib: “Biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi hər yerdə daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq. “Ailələrimizdə böyüyən uşaqlar bu ruhda tərbiyə edilməlidir. Uşaqlarımız qadına qarşı zorakılıq ən böyük insan haqları pozuntusudur deyə tərbiyə edilməlidir. Kişilər öz ailələrindən, evlərindən başlamalıdır bu nəcib işə – həyat yoldaşlarına qarşı bu cür hallara yol verməməklə.Biz hamımız öz ətrafımızdan başlamalıyıq. Ailələrdən başlamalıyıq. Bağçalardan, məktəblərdən başlamalıyıq maarifləndirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə. Biz ətrafımızda baş verən bu cür mənfi hallara qarşı laqeyd və duyarsız olmamalıyıq və hər yerdə bu kimi hallara qarşı öz münasibətimizi bildirməliyik”, – deyə millət vəkili qeyd edib. Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun hələ 1918-ci ildə verildiyini  deyən millət vəkili Qənirə Paşayeva ölkəmizdə bu istiqamətdə görülən işlər, qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər barədə, eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində  qaçqın və məcburi köçkün düşmüş qadınlardan, onların fundamental insan haqlarının Ermənistan tərəfindən 20 ildən artıqdır ki, tapdalanmaqda davam etməsindən də danışıb. Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar bu məsələlərə laqeyd,  seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. Millət vəkili Qənirə Paşayeva deyib ki, gənc qadınlarımızın vəzifəsi övladlarını milli və dini dəyərlərimizə, milli kimliyimizə sahib olaraq yetişdirməkdir. Uşaqları həm fiziki, həm zehni olaraq yetişdirmənin önəmli olduğunu vurğulayan Qənirə Paşayeva analarımız gənclərimizə keçmişimizi, tariximizi, millətimizin keçdiyi yolu və gələcək perspektivlərini də anlatmalıdır.  “Mən həm Azərbaycanda, həm bir çox türk dövlətlərində etdiyim çıxışlarım zamanı bunu xüsusilə vurğulayıram-Türk dünyasının birlikdə gələcək modeli  daha çox analarımızın əlindədir”- deyə millət vəkili bildirib. Qənirə Paşayeva 3 yaşı tamam olan Ayhsa dərgisinin rəhbəri, dostu Pınar Küçükşabanoğlunu və bütün kollektivini təbrik edərək, onlara qadınların maarifləndirilməsi, hüquqlarının müdafiəsi, cəmiyyətdə rollarının artması istiqamətindəki  fəaliyyətlərində uğurlar diləyib  və öz səhifələrində Azərbaycana və Azərbaycan qadınlarına bundan sonra daha da da geniş yer verilməsini diləyib.   O, tədbirin təşkilatçılarına rəssam Sabir Çopurovun neftlə çəkdiyi Azərbaycan tarixi, təbiəti və mədəniyyətini özündə əks etdirən tablo, Azərbaycan tarixi, mədəniyyəti, musiqisi ilə bağlı hədiyyələr təqdim edib.

Advertisements

10.03.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: