Millət  vəkili Q.Paşayeva Antalya bələdiyyəsində Qarabağ parkının açılması və Xocalı soyqırımı abidəsi qoyulması  təklifi ilə çıxış edib

Millət vəkili Qənirə Paşayevanın Antalyanın Azərbaycan şəhərlərindən biri ilə qardaşlaşma təklifini bələdiyyə başqanı qəbul edib və bu gündən bu istiqamətdə işlər başlanacaq deyib.

B_GovsBVAAAvz9lMillət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva  Antalya Böyük Şəhər bələdiyyəsinin sədri Menderes Türellə  görüşüb. Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova,  Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Çingiz Qədimli, təşkilatın fəalları,  Antalya Türk Ocaqlarının rəhbər və fəalları da iştirak ediblər. Gorüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycan  ilə  Türkiyənin bəzi  şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər  və  bələdiyyələr  olduğunu bildirərək, Antalya  bələdiyyəsinin Azərbaycan bölgələrindən  biri  ilə qardaş olaraq görmək istədiklərini  bildirib.   Menderes Türeli hər zaman  Azərbaycana  böyük sevgi və Qarabağ probleminə duyarlılıqla yanaşdığını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva  Antalya Büyükşehir bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi ilə bağlı  da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Antalya  mərkəzi  parklarından  birinə  Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına  inandığını deyib və bu istiqamətdə xahişini bir daha təkrarlayaraq  Antalya  bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı sevdiyini deyən Antalya Büyükşehir bələdiyyəsinin sədri  Menderes Türel Türkiyənin  və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq  Antalya bələdiyyəsinə rəhbərliyi dövründə  Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi,  Xocalı ağrısı hər zaman  bizim də problemimiz və ağrımızdır deyən  Antalya Büyükşehir bələdiyyəsinin sədri  Menderes Türel hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi və Antalya Türk Ocaqlarının dəvəti ilə Antalyaya gəldiyini və bu mövzuları özündə əks etdirən konfransda məruzə ilə çıxış edəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib. Bu cür konfransların önəminə toxunan Antalya Böyük Şəhər bələdiyyə başqanı  Menderes Türel bildirib ki, gənclərimizin erməni yalanların qarşısının alınması və Qarabağ həqiqətlərinin daha çox yayılması istiqamətində rolunu artırmaq üçün bu cür müzakirələr çox önəmlidir. Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar deyən millət vəkili Antalyanın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmli olduğunu bilridib.”Antalya Azərbaycan  Kültür və Danayaşma Dərnəyinin rəhbərliyi  Antalyada 5 mindən çox Azərbaycanlı yaşadığı barədə məlumatlar  verdilər. Eyni zamanda burada Akdeniz Universitetində çoxlu sayda gəncimiz təhsil alır. Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizə təşəkkürümüzü bildiririk. “Millət vəkili Qənirə Paşayevanın Antalyanın Azərbaycan şəhərlərindən biri ilə qardaşlaşma təklifini bələdiyyə başqanı qəbul edib və bu gündən bu istiqamətdə işlər başlanacaq deyib.  Millət vəkili  Antalya Büyükşehir bələdiyyəsinin sədri  Menderes Türel və xanımını   Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə  qəbul edən Antalya  Büyükşehir bələdiyyəsinin sədri  Menderes Türel  Azərbaycana məmnuniyyətlə səfər etmək istədiyini deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Antalya Böyük şəhər bələdiyyə başqanına həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dili ile” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar hədiyyə edib. O da millət vəkilinə Antalyanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları və özünün müəllifi olduğu kitabları hədiyyə edib.

Advertisements

05.03.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: