Millət vəkili Qənirə Paşayeva Almaniyada Bielefeld Universitetində sizi  Xocalıya ədalət deyənlərin yanında olmağa çağırıram deyib

Millət vəkili Qənirə Paşayeva Almaniyada Bielefeld  Universitetində Xocalı Soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib.

IMG-20150222-WA0015Almaniyanın  Bielfeld  bölgəsində yerləşən və ölkənin böyük universitetlərindən biri olan Bielefeld  Universitetində çıxışı zamanı millət vəkili Qənirə Paşayeva ermənilərin 20-ci əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı, Ermənistanın apardığı etnik təmizləmə siyasəti, Dağlıq Qarabağ probleminin tarixi kökləri və bu günkü vəziyyət, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib və sualları cavablandırıbXocalı Soyqırımından geniş danışan millət vəkili Almaniya dövlətiniv ə xalqını  bu insanlıq əleyhinə cinayətı törədənlərin ədalət qarşısında cavab verməsi üçün səyləri artırmağa çağırıb.Millət vəkili Qənirə Paşayeva çıxışında deyib: “Hansı  dövlətin ərazisində baş verməsindən asılı olmayaraq  terrora qarşı, soyqırıma və qətliama qarşı eyni mövqe sərgilənməlidir. Amma təəssüf ki, biz  bunu görmürük.  Ermənistanın Xocalıda törətdiyi soyqırımın, qətliamın 23 ili tamam olur. Yüzlərlə dinc insan, uşaqlar, qadınlar amansızlıqla qətlə yetirildilər, yüzlərlə insan ağır yaralandı, onlarla insan girov götürülərək işgəncələrə məruz qoyuldu  amma təəssüf ki, biz  Avropalı siyasətçi həmkarlarımızın, liderlərin bir çoxundan, hətta bu gün də bunu pisləyən, etirazını bildirən açıqlamalar eşitməmişik. Bu cinayəti törədənlər hələ də Ermənistanda rahatlıqla gəzirlər və ədalət qarşısıda cavab verməyiblər. Ailəsi soyqırıma məruz qalmış insanlar  etnik kökənindən, milli kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olan hər kəsi, Almaniya dövləti və xalqını  bu soyqırımı pisləməyə və bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verib layiq olduqları cəzanı almaları istiqamətində səylərinizi artıqmağa çağırır. Biz harada baş verməsindən asılı olmayaraq günahsız insanları qətlə yetirənlərin ədalət qarşısında cavab vermələri üçün bərabər çalışmalıyıq. Avropa məkanında da, dünyada da gərginliyin azalmasını istəyiriksə bu cür məsələlərdə ikili standartlara yol verilməməlidir.  Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət  olmadıq, amma “Şarli Ebdo” üçün yürüş edən qərb liderləri, yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən niyə yürüş geçirmədilər? Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandı. Biz hələ də o səsləri eşitmirik! Bu bir insanlıq utancıdır! Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın  insan haqları deyərək  bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən  pozulmasına səs çıxartmırlar!  1988-ci ildə Ermənistandan 100 minlərlə azərbaycanlı silah gücünə, zorla öz doğma torpaqlarından çıxarılıb. Onlar Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində oz yurd-yuvalarından didərgin düşdülər rBundan sonra isə  Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirib, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirib. Bir milyondan çox azərbaycanlı 22 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşayır. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə baxmayaraq Ermənistan onların öz evlərinə dönməsinə imkan vermir. Məncə, bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər. Etnik kimliyindən və dini inancından asılı olmayaraq insanlığın yanında olan hər kəs Xocalıya Ədalət deyənlərə dəstək verməlidir və biz sizi buna çağırırıq.”

Millət vəkili  Qənirə  Paşayeva Xocalıya Ədalət kompaniyası ilə bağlı geniş məlumat verərək hər kəsi, bütün alman cəmiyyətini Xocalıya Ədalət deməyə çağırırıq deyib. Tədbirin sonunda millət vəkili gənclərə Qarabağ, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı kitablar, materiallar hədiyyə edib və onların suallarını geniş cavablandırıb. Qeyd edək ki, konfrans və tədbir  Azərbaycan-Alman  Mədəniyyət Cəmiyyəti, Bielefeld Atatürkçü Düşüncə Dərnəyi, Türk -Akademisiyanlar Birliyinin təşkilatçılığı ilə keçirilib.

 

Advertisements

23.02.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: