Millət vəkili Qənirə Paşayeva Tovuzda kəndləri ziyarət edib, sakinlərin problem və qayğıları ilə maraqlanıb

Millət vəkili Qənirə Paşayeva kəndlərdə görüşlər zamanı sakinləri evlərini bədbəxt hadisələrə qarşı sığorta etdirməyə çağırıb

DSC_0784Millət vəkili Qənirə Paşayeva Tovuzda rayonun ən böyük kəndi olan Əyyubluda kənd sakinləri ilə görüşüb, qayğı və problemləri  ilə maraqlanıb. Bir çox xəstələrlə görüşən millət vəkili onların müalicələri ilə maraqlanıb və bəzi xəstələrlə bağlı Rayon Mərkəzi Xəstəxanasına və Səhiyyə nazirliyinə müraciət edib. Sakinlər  əsasən ünvanlı sosial yardım, kənd yolları, əkin suvarması suyu ilə bağlı təhcizatın daha da yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyac və bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirələr aparıblar. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuzda əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur və əkin sahələrinin zamanında suvarıla bilməsi onlar üçün ən əsas məsələdir. Ötən ilin yayının quraqlıq olduğunu və insanların əkin sahələrinin suvarılmasından böyük əziyyət çəkdiyinin şahidi olduğunu deyən millət vəkili Qənirə Paşayeva sakinlərin bu illə bağlı narahatlığını çox yaxşı anladığını deyib. Cənab Prezidentimiz tərəfindən bu ilin Kənd Təsərrüfatı ili elan olunduğunu diqqət çəkən millət vəkili Qənirə Paşayeva dövlətin bu istiqamətdə insanlara dəstəyini daha da artıracağını deyib.  Kəndlərdə yeni artezian quzularının qazılması xahişi ilə bir millət vəkili olaraq Su və Meliorasiya naziri Əhməd Əhmədzadəyə müraciət etdiyini və Tovuzda  son bir neçə ildə xeyli sayda artezian quyularının qazıldığını, amma yenə də təlabatın çox  olduğunu  deyən millət vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl Su və Meliorasiya naziri Əhməd Əhmədzadə ilə görüşdüyünü, bu məsələni onun diqqətinə çatdıraraq sakinlərin və öz adından xahiş etdiyini deyib və bildirib ki, Bakıya döndükdən sonra nazirdən bu məsələnin qısa zamanda həlli üçün yenidən xahiş edəcək.  Millət vəkili bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb. Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalanmasına böyük diqqət yetirməyə çağırıb. Son 2-3 ay ərzində Əyyublu da daxil olmaqla bir sıra kəndlərdə 10-a yaxın kənd sakininin yandığını və ya qazdan partladığını, ailənin çətin vəziyyətdə qaldığını deyən millət vəkili Qənirə Paşayeva evlərin sığortasının əhəmiyyətindən danışaraq kənd sakinlərini bu məsələyə xüsusi önəm verməyə çağırıb. Millət vəkili eyni zamanda ailələrə uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb.

Advertisements

16.02.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: