Millət vəkili Qənirə Paşayeva kənd məktəbliləri ilə görüşüb və onları oxumağa böyük önəm verməyə çağırıb

Millət vəkili,  Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu  İB-nin sədri Qənirə Paşayeva Tovuz kəndlərində məktəblilərlə görüşüb və onlarla geniş söhbət edib, suallarını cavablandırıb

DSC_0072Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız şou proqramlar və teleseriallar qarşısında keçirməməyə çağırıb. Gəncləri təhsillə ilə bərabər boş qalan zamanlarında onlara maraqlı sahələrdə kitab oxumağa səsləyən millət vəkili həyatınızda ən böyük zənginliyi oxumaqla əldə edə bilərsiniz deyib. Millət vəkili gənclərə ölkəmizin tarixi, ədəbiyyatımızı da yaxşı öyrənməyə çağırıb. Eyni zamanda xarici dilləri öyrənmənin önəmi ilə də bağlı fikirlərini bölüşən millət vəkili Qənirə Paşayeva gəncləri bu məsələyə xüsusi diqqət yetirməyə çağırıb. Hərbi hazırlıq dərslərini yaxşı oxumağın önəmindən danışan millət vəkili Qənirə Paşayeva gənclərə ali təhsilin önəmini xusisi vurğulamaqla yanaşı ali təhsil ardınca getmək niyyətində olmayan gənclərə mütləq peşə təhsili almağa çağırıb və bu barədə geniş fikirlərini səsləndirib. Millət vəkili görüşün sonunda təhsilində fərqlənən və elm dalınca getmək niyyətində olan gənclərə özünün müəllifi olduğu “Dünyanı dəyişən Alimlər” kitabını hədiyyə edib. Kitab haqqında məlumat verərək dünya tarixinə adını yazmış 50 böyük alim haqqında olan “Dünyanı dəyişən alimlər” adlı kitabının nəşr edilməsində məqsədin  gənclərin elmə daha da meyillənməsinə dəstək göstərmək olduğunu deyib: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın  meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Bu kitabda dünya, elm və inkişaf tarixinə adını qızıl hərflərlə yazmış bir neçə azərbaycanlı alimin də həyat yolu, düşüncələri, dünyaya və insanlığa verdiyi töhfələr öz əksini tapır. Ümid edirəm ki, kitab xoşunuza gələcək.” Millət vəkili Qənirə Paşayeva müəllimləri gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması isitqamətində daha çox işlər və layihələr həyata keçirməliyik,”, – millət vəkili Qənirə Paşayeva deyib.  Tədbirdə iştirak  etmiş müəllimlər və digər tədbir iştirakçıları çıxış edərək uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərinin keçirilməsini əhəmiyyətini vurğuladılar.

Advertisements

07.02.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: