Millət vəkili Qənirə Paşayeva MM-də rayon icra hakimiyyətlərini  və KİV-i evlərin sığortalanması məsələsində fəallığı artırmağa çağırıb

Millət vəkili Qənirə Paşayeva MM-də icra hakimiyyətlərinə və KİV rəhbərlərinə çağırış edib

Qənirə PaşayevaMilli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva bildirib ki, bölgələrdə vətəndaşlara məxsus evlərin icbari sığortasının həyata keçirilməsinin sürətləndirilməsi çox vacibdir. Millət vəkilinin sözlərinə görə,. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulundan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, sığorta qurumlarından əldə etdiyi məlumata görə 2 milyondan artıq yaşayış evindən 120 mini, yəni təqribən 6%-i sığortalanıb:”Qanuna əsasən bu məsələnin həyata keçməsində icra hakimiyyəti qurumlarının üzərinə böyük bir məsuliyyət düşür. Mən fürsətdən istifadə edərək bütün icra qurumlarını bu qanunun həyata keçirilməsi istiqamətində daha fəal olmağa, mətbuat və mediamızı isə bu istiqamətdə əhalinin maarifləndirilməsinə xüsusi önəm verməyə çağırıram.” Millət vəkili Qənirə Paşayeva xüsusilə bütün kütləvi informasiya vasitələrinə çağırış səsləndirərək bu istiqamətdə maarifləndirmənin genişləndirilməsinə, bu istiqamətdə təbliğat-təşviaqata böyük dəstək verməyə  çağırıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, rayonlarda, kəndlərdə evlərin böyük əksəriyyəti sığortasızdır, hər hansı bədbəxt hadisə, faciə, təbii fəlakət, yanğın, partlayış, daşqın baş verdiyi zaman, mənzil dağıldığı və ya yararsız vəziyyətə düşdüyü zaman bu cür hallarla üzləşən belə  bir ailə  çox ağır vəziyyətdə qalır və ona kömək etmək imkanları da çox çətin olur. Amma hər bir mənzil sahibi kəndlərdə ildə 30 manat, şəhərlərdə isə 50 manat ödəməklə evini tamamilə sığortalamış olur ki, hər hansı bir təbii fəlakət və ya bədbəxt hadisə olduğu təqdirdə 10 -15 min manatadək yardım ala bilər. Bunu insanlara daha geniş və doğru təqdim etməklə, maarifləndirməni sürətləndirməklə bu sahədə dönüş əldə etmək mümkündür. Təkcə son aylar millət vəkili seçildiyi Tovuz rayonunda bir neçə evdə qaz sızması nəticəsində partlayış baş verdiyini və bəzi evlərdə müxtəlif səbəblərdən yanğın baş verdiyini qeyd edən millət vəkili Qənirə Paşayeva evlərinin sığortasının olmaması səbəbindən vətəndaşların çətin vəziyyətə düşdüyünü və əgər sığorta olunmuş olsaydı,  bu cür bədbəxt hadisələr zamanı sığortadan pul alaraq baş qaldıran çətinliklərin öhdəsindən gəlmək asan olardı deyib və bildirib ki, digər rayonlarımızda da hər gün bu kimi hadisələri haqda xəbərləri mətbuat və mediada oxuyuruq. ” Ona görə də vətəndaşlarımız arasında sığortanın vacibliyini və önəmi ilə bağlı təbliğat-təşviqat işlərini daha da artırmaqla bərabər, rayonlarda və kəndlərdə evlərin  sığortalanmasının sürətlənməsi istiqamətində bütün istiqamətlərdə daha da çox addımlar atmalıyıq. Bu işi sürətləndirsək, əslində təbii fəlakətlər, bədbəxt hadisələr zamanı dövlətin üzərinə də yük az düşər, ən vacibi isə vətəndaşlarımız çıxılmaz vəziyyətdə qalmazlar,”- Qənirə Paşayeva deyib.

 

Advertisements

02.02.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: