Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə aliment fondunun yaradılması təklifi ilə çıxış edib

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə aliment fondunun yaradılması təklifi ilə çıxış edib

sempozyum 1Bu gün MM yaz sessiyasının ilk iş günündə çıxış edən millət vəkili Qənirə Paşayeva məhkəmə qərarı ilə övladlarına görə ona təyin olunmuş alimenti almaqda ciddi çətinliklərlə üzləşən yüzlərlə qadının problemini parlamentdə qaldıraraq bu istiqamətdə boşanmalar zamanı kiçik yaşlı övladları ilə tək qalan və ciddi maddi çətinliklərlə üzləşən qadınlara dəstək göstərilməsi istiqamətində daha çox addımlar atmağa çağırıb. O bildirib ki, bu gün yüzlərlə qadın məhkəmələrin qərarı ilə kiçik yaşlı övladları üçün ona təyin olunan alimenti ala bilmirlər və çox çətinliklərlə üzləşərək millət vəkillərinə, dövlət qurumlarına müraciət edərək onlara kömək göstərilməsini xahiş edirlər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir neçə qadın şəxsən ona müraciət edərək bu məsələni Parlamentdə qaldırmağı və üzləşdikləri problemin həlli istiqamətində onlara dəstək göstərilməsini xahiş ediblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, bununla bağlı  2012-ci ilin sonunda qanunvericilik orqan olan Milli Məclis tərəfindən addım atılmışdır. Aliment verilməsindən imtina edilməsi Cinayət Məcəlləsinin 306-cı maddəsinə daxil edilmişdir ki, bu da azadlıqdan məhrumetməni nəzərdə tuturdu. Amma kəndlərdə, rayonlarda yaşayan qadınlarımız üçün belə vasitələrə əl atmağın xüsusilə psixoloji olaraq çətin olduğunu deyirlər və onlara məhkəmə qərarı ilə kiçik yaşlı övladlarına görə ayrılan alimentin verilməsi  istiqamətində başqa mexanizmlərə də əl atılmasını xahiş edirlər:”2012-ci ildə Cinayət Məcəlləsinin 306-cı maddəsinə alimentin verilməsindən imtina, uzunmüddətli uzadılmasına  görə cinayət məsuliyyətini nəzərdə tutan  bəndin daxil edilməsi zaman belə bir rəqəm səsləndirilmişdir ki, məhkəmə qərarlarının icrasında 140 min iş var, onların da 1/3 məhz alimentlərlə bağlıdır. Bu rəqəmlər məsələnin nə qədər ciddi olduğunu göstərir. Bu baxımdan mən təklif edirəm ki, bəzi ölkələrdə olduğu kimi aliment fondu yaradılsın və aliment ödəməkdən imtina edən və onu aylarla ödəməyi uzatdıqda o vəsait aliment fondundan ödənilsin ki, kiçik yaşlı övladı ilə tək qalan ana  ağır vəziyyətdə qalmasın, ailəyə ödəniləcək vəsait isə aliment fondu tərəfindən alimenti ödəməli şəxsdən alınsın və bu məqsədlə aliment fondunda kifayət qədər mexanizmlər yaradılsın və bu istiqamətdə təcrübəsi olan ölkələrin təcrübəsindən öyrənmək olar. Yəni bu fond boşanmalar zamanı kiçik yaşlı övladları ilə tək qalan ananın məhkəmə qərarı ilə ona ayrılan alimentin ödənilməsində ortaya çıxan problemlərin həllində analara dəstək funksiyası daşısın”, – Qənirə Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, bununla bərabər dünya təcrübəsində başqa variantlar da var və onlardan da birini seçərək belə analara, qadınlara kömək istiqamətində mexanizmləri daha da gücləndirməyə ehtiyac var və belə vəziyyətdə qalan qadınlar millət vəkilləri olaraq bizdən də dəstək gözləyirlər.

Advertisements

02.02.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: