Millət vəkili Qənirə Paşayeva: AŞPA Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı üçün bütün mexanizmlərə əl atmalıdır

Millət vəkili Qənirə Paşayeva: AŞPA  Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı üçün bütün mexanizmlərə əl atmalıdır.

ByxiHiNCEAAw3kEAvropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında müzakirə edilən əsas sənədlərdən biri  Daimi komitə və Büronun hesabatı zamanı Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Qənirə Paşayeva da iştirak edib və o Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Assambleyaya ünvanlanan müraciətinin yekun sənəddə öz əksini tapması istiqamətində çıxışını Parlament Assambleyasının katibliyinə təqdim edib və həmin sənəd nəşr edilərək Avropa Şurası Parlament Assambleyasında yayılıb. Millət vəkili bildirib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı erməni rejim tərəfindən girov götürülən azərbaycanlılar,  Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq inşanlıqdan kənar əməllər həyata keçiriblər. Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib, Şahbaz Quliyev  və  Dilqəm Əsgərova qarşı əziyyət və işgəncələr verilməkdə davam edilir və onlara saxta məhkəmələr quraraq hələ də girov saxlamaqda davam edirlər və bu günə qədər azad etməyiblər.  AŞPA bu məsələyə özünün sərt münasibətini göstərməklə bərabər girovların  azadlığa çıxması istiqamətində addımlar atmalıdır. Onların ailələri  çağırış səsləndirərək AŞPA-dan bu istiqamətdə addımlar atılmasını gözləyirlər.” Düşünə bilirsinizmi, 20 ildən artıqdır ki, öz evinə  dönə bilməyən, onu görə bilməyən bir insan dözə bilməyib öz evini görməyə gedir və ona qarşı bu cür insanlıqdan kənar əməllər edilir, əziyyətlər verilir”. Biz çox ciddi narahatlıq doğuran bu məsələnin də məruzədə, yekun sənəddə öz əksini tapmasını istəyirik. “Eyni zamanda qəbulundən 10 il keçməsinə baxmayaraq 1416 saylı qətnamənin bu günə qədər yerinə yetirilməməsinin nəticəsidir ki, biz bu müzakirələri apardığımız günlərdə  Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribati addımlarının qarşısını alan zaman 3 gənc insan, 3 azərbaycanlı həyatını itirdi. Əgər bu qətnamə həyata keçsəydi və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilsəydi bu gənc insanlar həyatını itirməzdi. Mən Assambleyamıza üz turaraq bu məsələlərə daha həssas yanaşmağa, müzakirələr aparmağa və 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində səyləri daha da artırmağa, Ermənistana bu istiqamətdə ciddi təzyiqlər göstərməyə  çağırıram”.

 

Advertisements

31.01.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: