Millət vəkili Qənirə Paşayeva AŞPA-nı Xocalı Soyqırımını pisləməyə və günahkarların cəzalanması üçün səyləri artırmağa çağırıb

Millət vəkili Qənirə Paşayeva AŞPA-nı Xocalı Soyqırımını pisləməyə və günahkarların cəzalanması üçün səyləri artırmağa çağırıb

Qənirə Paşayeva Bu gün Avropa Şurası Parlament Assambleyasında çıxış edən millət vəkili Qənirə Paşayeva bir ay sonra 23-cü ildönümü olacaq Xocalı Soyqırımından danışıb və Assambleyanı bu insanlıq əleyhinə cinayətı törədənlərin ədalət qarşısında cavab verməsi üçün addımlar atmağa, səyləri artırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva çıxışında deyib: “Hansı üzv dövlətin ərazisində baş verməsindən asılı olmayaraq terrora qarşı, soyqırıma və qətliama qarşı eyni mövqe sərgilənməlidir. Amma təəssüf ki, biz bunu görmürük. Düz bir ay sonra Ermənistanın Xocalıda törətdiyi soyqırımın, qətliamın 23 ili tamam olur. Yüzlərlə dinc insan, uşaqlar, qadınlar amansızlıqla qətlə yetirildilər, yüzlərlə insan ağır yaralandı, onlarla insan girov götürülərək işgəncələrə məruz qoyuldu  amma təəssüf ki, biz  Avropalı siyasətçi həmkarlarımızın, liderlərin bir çoxundan, hətta bu gün də bunu pisləyən, etirazını bildirən açıqlamalar eşitməmişik. Bu cinayəti törədənlər hələ də qurumumuzun üzvü olan Ermənistanda rahatlıqla gəzirlər və ədalət qarşısıda cavab verməyiblər. Ailəsi soyqırıma məruz qalmış insanlar sizi bu soyqırımı pisləməyə və bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verib layiq olduqları cəzanı almaları istiqamətində səylərinizi artıqmağa çağırır. Biz harada baş verməsindən asılı olmayaraq günahsız insanları qətlə yetirənlərin ədalət qarşısında cavab vermələri üçün bərabər çalışmalıyıq. Avropa məkanında da, dünyada da gərginliyin azalmasını istəyiriksə bu cür məsələlərdə ikili standartlara yol verilməməlidir.”

Advertisements

28.01.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: