Millət vəkili Qənirə Paşayeva təhsil aldığı məktəbin bütün müəllim və şagirdlərinə kitablarını hədiyyə edib

Millət vəkili Qənirə Paşayeva təhsil aldığı məktəbin bütün müəllim və şagirdlərinə kitablarını hədiyyə edib.

DSC_0115Tovuz  rayonunda, 1 saylı   Düz  Qırıqlı kənd orta məktəbində millət vəkili  Qənirə  Paşayevanın  müəllifi  olduğu kitabların  “Məndən sonra …”, “Səndən sonra …”, “O…”, “Dünyanı dəyişən alimlər”, “Hesab vaxtı” , “Aşk deyince ötesini arama …” və. s  kitablarının təqdimatı  və  imzalanması  keçirilib. Millət vəkili Qənirə Paşayeva  həyatdan  köçmüş  bütün dəyərli müəllimləri rəhmətlə yad edərək  təhsil aldığım məktəbdə kitablarımın təıqdimatı və imzalanmasının keçirilməsi  bir başqa duyğudur  və  məktəbin  kollektivinə  bunun  üçün təşəkkür edirəım deyib.  Müəllifi olduğu kitablar haqqında məlumat verən  millət vəkili, “Avrasiya Beynəlxalq  Araşdırmalar  İnstitutu”  İB-nin  rəhbəri  Qənirə  Paşayeva bildirib ki, ölkəmizin möhkəmliyi üçün gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli və zəngin dünyagörüşünə malik olması əsas şərtdir.Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın  meyilli olması əsas şərtdir deyən millət vəkili Qənirə Paşayeva  inkişafın yolunun kitabdan, oxumaqdan, öyrənməkdən keçdiyini və “müəllifi olduğum kitablar sizi xoşuna gələrsə, bundan məmnun qalaram” deyib. “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin  artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik,”, – millət vəkili Qənirə Paşayeva deyib.  Kitabı ən qiymətli hədiyyə adlandıran millət vəkili Qənirə Paşayeva tədbirin sonunda  müəllifi olduğu kitabları hər bir müəllim və şagirdə imzalayaraq  hədiyyə edib.

 

Advertisements

24.01.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: