Millət  vəkili  Qənirə Paşayeva Düz Qırıqlı kənd orta məktəbi ilə bağlı Prezident İlham Əliyevə və hökumətə təşəkkür edib

Millət  vəkili  Qənirə Paşayeva məzun olduğu  orta məktəblə bağlı Prezident İlham Əliyevə və hökumətə təşəkkür edib.

DSC_0367Millət  vəkili  Qənirə Paşayeva Tovuzda ölkəmizin ən böyük kəndlərindən biri olan  Düz Qırıqlı 1  saylı kənd  orta  məktəbini  ziyarət edib,  müəllim  və şagirdlərlə görüşüb, onların  qayğı və problemlərlə maraqlanıb. Özünün də bu məktəbin yetirməsi olduğunu vurğulayan millət vəkili gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq onlara xüsusi təşəkkürünü bildirib. Bu məktəbin çoxlu sayda alim, ziyalı yetişdirdiyini və bu gün də yaxşı təhsil ənənələr ilə sayılıb seçilən məktəblərindən biri olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva müəllimlərin və o müəllimlərin yetişdirdiyi bir millət vəkili olaraq onun xahişlərini nəzərə alaraq məktəbin əsaslı təmiri üçün vəsaitin ayrılmasına görə Prezident İlham Əliyevə və hökumətə təşəkkürünü bildirib. Millət vəkili məktəbdə aparılan əsaslı təmir-tikinti işləri ilə yerində tanış olub və ona məlumat verilib ki, yeni dərs ilinə qədər məktəbin tamamilə əsaslı təmir-tikintisi başa çatacaq, idman meydançaları, istilik sistemi, məktəbin geniş həyəti də daxil olmaqla məktəb ən yüksək səviyyədə hazırlanaraq təhvil veriləcək. Bundan sonra millət vəkili Qənirə Paşayeva məktəbin müəllim və şagirdləri ilə də görüşüb. Məktəbin direktoru Xatirə Xasıyeva  və  bir sıra müəllimlər çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda  duran hədəflər barədə məlumat verib və fikirlərini söyləyiblər. Müəllimlər rayonun və ölkəmizin böyük məktəblərindən olan Düz Qırıqlı kənd orta məktəbinin yüksək səviyyədə əsaslı təmiri ilə bağlı təşəkürlərini cənab Prezidentə çatdırmağı millət vəkili Qənirə Paşayevadan xahiş edərək bildiriblər ki, bu qayğı onları daha da yüksək nəticələr uğrunda çalışmağa stimuldur. Müəllimlərlə fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq  bu  ilin göstəricilərinin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Millət vəkili məktəbdə şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət  edib. Millət vəkili  Qənirə Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənmılidirlər. Bundan başqa hərbir hazırlıq dərslərinə diqqət daha da artmalıdır və eyni zamanda gənclərin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi məsələsinə daha da çox diqqət yetirilməlidir. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllim və şagirdlərə  müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda  kitablar  və məktəbə özünün hədiyyələrini də təqdim edib. Millət vəkili məktəbdə şəhidlər üçün yaradılmış guşəni də ziyarət edib və sinif, məktəb yoldaşları, dostları olmuş şəhidlərimiz də daxil olmaqla şəhidlər barədə də gənclərlə xatirələrini bölüşüb və onlardan qəhrəmanlıq, vətən sevgisini öyrənməyin vacibliyini qeyd edib.  Millət vəkili Qənirə Paşayeva ona dərs demiş müəllimlərlə isə ayrıca xüsusi görüşüb və biz ömrümüzün sonuna qədər hər zaman sizə minnətdar olacağıq deyib və gəncləri yaxşı müəllimlərin dəyərini bilməyə və onlardan daha çox öyrənmək üçün çalışmağa çağırıb.

 

 

Advertisements

23.01.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: