Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində müəllim və şagirdlərlə görüşüb və onlara söz verib

Millət  vəkili  Qənirə Paşayeva Qovlar şəhərində müəllim və şagirdlərlə görüşüb və onlara söz verib.

DSC_0113Millət  vəkili  Qənirə Paşayeva Qovlar şəhərində 2 nömrəli tam orta  məktəbi  ziyarət edib,  müəllim  və şagirdlərlə görüşüb, onların  qayğı və problemlərlə maraqlanıb.  İlk öncə məktəbin həyətində 20 Yanvar şəhidlərinin xatirəsinə qoyulmuş abidəni ziyarət edərən millət vəkili gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq  gənc müəllimləri  belə  müəllimlərimizdən  örnək  götürməyə çağırıb. Məktəbin direktoru Elmira Tağıyeva və  bir sıra müəllimlər çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda  duran hədəflər barədə məlumat verib və fikirlərini söyləyiblər. Müəllimlər Qovlar şəhərində 2 nömrəli tam orta  məktəbin yeni məktəb binasına böyük ehtiyacı olduğunu, millət vəkili Qənirə Paşayevanın bununla  bağlı  hökumətə  və müvafiq orqanlara müraciətlərindən  xəbərdar olduqlarını deyərək ona təşəkkürünü bildirməklə yanaşı bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər. Qovlar şəhərində 2 nömrəli tam orta  məktəbi  binasının  vəziyyətinin  təhsil  üçün  artıq çox yararsız olduğunu deyən millət vəkili Qənirə Paşayeva yeni məktəbin tikintisi üçün hökumətə  və  Təhsil  Nazirliyinə  müraciət etdiyini və yaxın zamanlarda problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı  təkrarən  Təhsil  naziri  Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və  müraciət  edəcəyini də vurğulayıb. Müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq  bu  ilin göstəricilərin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Millət vəkili məktəbdə şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət  edib. Millət vəkili  Qənirə Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənmılidirlər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllim və şagirdlərə  müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda  kitablar  və məktəbə özünün hədiyyələrini də təqdim edib.

 

Advertisements

22.01.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: