Tovuzda “Mübariz Bulağı” və “Mübariz Zirvəsi”

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı Tovuzda əbədiləşdirilmişdir

Qənirə PaşayevaTovuz rayonunun Əsrik dərəsi ərazisində “Mübariz bulağı” komleksi tikilmiş, bulaq yaxınlığındakı adsız zirvəyə isə “Mübariz zirvəsi” adı verilmiş, bu yeni adlandırılmanı bildirən lövhə vurulmuşdur.

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və Tovuz rayon rəhbərliyinin dəstəyi ilə baş tutan bu xeyirxah iş 26 iyun –Azərbaycan Silahlı Qüvvələri yaranmasının 94-cü ildönümü münasibəti ilə, qəhrəmanın atası Ağakərim İbrahimovun iştirakı ilə ictimaiyyətə təqdim olunmuşdur.

Təqdimat-ziyarətdə millət vəkili Qənirə Paşayeva çıxış edərək, bugünü bütün iştirakçıların həyatında əlamətdar hadisə adlandırmış, bu məkanın ən çox ziyarət ediləcək ərazilərdən olacağına, yeni evlənən gənclərin, əsgər gedən oğlanların gəlib buranı ziyarət edəcəyinə inandığını qeyd etmişdir.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov bildirmişdir ki, bulaq-kompeksin ərazisi yaxın günlərdə daha da böyüdüləcək və abadlaşdırılacaqdır. Ərazidə qəhrəman gizirin heykəli  ucaldılacaqdır. O, qeyd etmişdir ki, heykəlin maketi hazırdır və heykəl üzərində tamamlanma işləri aparılır.

Qəhrəmanın atası Ağakərim İbrahimov bulaq-komleksin açılışından çox duyğulandığını bildirmiş, əməyi keçən hər kəsə öz təşəkkürlərini yetirmişdir.

Aşılışdan sonra ictimaiyyət nümayəndələri Milli Qəhrəmanın atası Ağakərim İbrahimovla bulaq önündə xatirə şəkilləri çəkdirmişlər.

 

About these ads

25.06.2012 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

Digər 52 izləyiciyə qoşulun

%d bloqqer bunu bəyənir: