Qənirə Paşayeva “Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, erməni yalanları” konfranslarında iştirak edəcək
Milli Məclisin deputatı Qənirə Paşayeva “Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, erməni yalanları” mövzusunda konfranslarda iştirak etmək üçün aprelin 16-dan 21-dək Türkiyədə səfərdə olacaq.
Deputatımız qardaş ölkənin Bodrum, Antalya, Ankara və İstanbul şəhərlərində keçiriləcək konfranslarda Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın təcavüzkar siyasəti barədə real faktları bir daha diqqətə çatdıracaq. Problemin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və Ermənistanın destruktiv mövqeyindən bəhs edəcək. Tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinə dair müxtəlif materiallar və broşüralar yayacaq.
Posted on 14.04.2012, in Uncategorized. Bookmark the permalink. Şərh yazın.
Şərh yazın